dcsimg

Amerika gavalısı ( Azerice )

wikipedia AZ tarafından sağlandı

Təbii yayılması

Vətəni-Şimali Amerikadır.

Botaniki təsviri

Hündürlüyü 8 m-dək olan, yarpağı tökülən ağacdır. Düz gövdəsi tükcüklü qabıqlı, iynəli budaqlı və açıq teksturalı çətirlidir. Enli çətirə malikdir. Yarpaqları növbəli yerləşir, oval formalıdır. Yarpaqların uzunluğu 2-4 sm-dir. Yarpağın yuxarı hissəsi tünd yaşıl, alt tərəfi hamar və açıqdır. Kiçik ağ çiçəkləri beş ləçəklidir və tək və ya qrupla yarpaqların qoltuğunda əməl gəlir. Açıq, ağ, tək çiçəklərin diametri 2,5 sm-dır. Meyvələri sarı və ya qırmızıdır. Şarşəkilli meyvələrin diametri təxminən (2,5sm) 1 sm-dir.

Ekologiyası

Boy artımı yazda və yayda daha aktivdir. Qışa davamlı, kölgəyə, quraqlığa və ya yanğına az davamlıdır. Amerka gavalısı çox vaxt öz təbii arealından kənarda əkilir.

Azərbaycanda yayılması

Mədəni şəraitdə respublikanın bir çox rayonlarında becərilir.

İstifadəsi

Amerika gavalısı dekorativ və kulinariya məqsədləri üçün isdifadə edilir. Ağ çiçəkləri yazda dekorativdir. Amerika gavalısının 200-dən çox növü becərilir. Turş və şirin meyvəsi tər halda yeyilir və mürəbbə, jele, çaxır kimi istifadə edilir. Onun hündür boyu küləyin sürətini azaldır. Yolların kənarında əkilir. Bir çox quşlar və heyvanlar meyvələrini, marallar budaq və yarpaqlarını yeyirlər. Kömürdən qırmızı boya alınır.

lisans
cc-by-sa-3.0
telif hakkı
Vikipediya müəllifləri və redaktorları
orijinal
kaynağı ziyaret et
ortak site
wikipedia AZ