dcsimg

Yonca yoğunayağı ( Azerbaijani )

provided by wikipedia AZ

Yonca yoğunayağı (lat. Bruchophagus gibbus) - Buğumayaqlılar tipinin Pərdəqanadlılar dəstəsinin Yoğunayaqlılar fəsiləsinə aid olan növ.

Xarici quruluşu

Yetkin yonca yoğunayağı 2 mm böyüklükdə həşəratdır. Bədəni qara rəngli olub, ayaqlarının baldır və pəncələri sarıdır. Bığcığı 8 buğumludur. Əsas buğum o birilərinə nisbətən xeyli uzundur. Saplaqlı qarıncığa malikdir. Qarıncıq yumurtavarıdır, parlaqdır. Qanadları şüşə kimi şəffafdır və kənarlarında külli miqdarda tükcüklər vardır. Yumurtası olduqca kiçik (0,04 mm uzunluqda, 0,02 mm enində) olub, ovalvarı, yarımşəffaf və saplaqlıdır. Sürfəsi ağ rəngli və ayaqsızdır. Yaxşı inkişaf etmiş qəhvəyi rəngli üst çənələrə malikdir. Uzunluğu 1,5-2 mm-dir.[1]

Həyat tərzi

Bu həşərat yoncadan başqa, üçyarpaq yoncaxəşəmbüllə də qidalanır. Yonca yoğunayağı sürfə fazasında mədəni və yabanı yonca toxumları daxilində qışlayır. Bu sürfələr yazda toxum daxilində pup halına keçir. Həmin puplardan aprel ayının ikinci və üçüncü ongünlüklərində yetkin fərdlər çıxmağa başlayır. Onlar toxumların qabığını girdə halda gəmirərək xaricə çıxır və müxtəlif bitki çiçəklərinin nektarı ilə qidalanır. Bir müddət keçdikdən sonra dişi yoğunayaqlar süd yetişmə dövründə olan paxlalı bitkilərin paxlalarına tək-tək yumurta qoyur. Bu məqsədlə dişilər yumurtaqoyanları vasitəsilə paxlanın qabığını deşir və yumurtalarını toxumların üzərinə tökür. Hər bir dişi yoğunayaq 16-65 yumurta qoya bilir. Yumurtanın rüşeym inkişafı 3-5 günə başa çatır və əmələ gələn sürfələr həyatının sonuna qədər bir toxumla qidalanır və başqasına keçmir. Sürfələrin bir qisminin diapauza halına keçməsi ilə əlaqədar olaraq heç bir nəsil inkişafını tam başa vurmur. Sürfələr yalnız gələn ilin yazında inkişafını davam etdirir.[2]

Yayılması

Azərbaycanda yonca əkilən bütün rayonlarda yonca yoğunayağı geniş yayılıb.

Ədəbiyyat

  • S.R.Məmmədova, B.B.Xəlilov. Kənd təsərrüfatı entomologiyası. 1986, səh 193

Həmçinin bax

Pərdəqanadlılar

Xarici keçidlər

İstinadlar

  1. S.R.Məmmədova, B.B.Xəlilov. Kənd təsərrüfatı entomologiyası. 1986, səh 193
  2. S.R.Məmmədova, B.B.Xəlilov. Kənd təsərrüfatı entomologiyası. 1986, səh 193
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Yonca yoğunayağı: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Yonca yoğunayağı (lat. Bruchophagus gibbus) - Buğumayaqlılar tipinin Pərdəqanadlılar dəstəsinin Yoğunayaqlılar fəsiləsinə aid olan növ.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Bruchophagus gibbus ( Dutch; Flemish )

provided by wikipedia NL

Insecten

Bruchophagus gibbus is een vliesvleugelig insect uit de familie Eurytomidae. De wetenschappelijke naam is voor het eerst geldig gepubliceerd in 1836 door Carl Henrik Boheman.

Bronnen, noten en/of referenties
Geplaatst op:
12-04-2013
Dit artikel is een beginnetje over biologie. U wordt uitgenodigd om op bewerken te klikken om uw kennis aan dit artikel toe te voegen. Beginnetje
license
cc-by-sa-3.0
copyright
Wikipedia-auteurs en -editors
original
visit source
partner site
wikipedia NL