Qarabatdaqkimilər (lat. Phalacrocoracidae) fəsiləsi Quşlar (Aves) sinfinin Qutankimilər (Pelecaniformes) dəstəsinə aiddir. Eyni adlı cinsin (Phalacrocorax Briss., 1760) 2 növü Azərbaycanda yaşayır. Bu quşlar möhkəm bədənli iri quşlardır. Quyruğu uzundur. Dimdiyinin ucunda qarmaq, gövdəsində isə çılpaq dəri vardır. Rəngi qaradır. Suda çox yaxşı üzür və suya baş vurur. Suda sanki dərin oturur, quyruğunu suya salır. Quruda şaquli vəziyyətdə dayanır. Lələkləri suda çox tez islanır. Buna görə də çox vaxt quruda qanadlarını sallayaraq özünü qurudur. Uçuşu qaçaraq, ağırdır. Səsi kar qarıltıdır. Əti balıq iyi verir və ona görə də çox da yeyilmir. Buna görə də onu əvvəlcədən hazırlamaq lazımdır (məsələn, basdırma etmək olar)[1].
Azərbaycanda Qarabatdaqlar fəsiləsinə 1 cins və 2 növ daxildir. Onlar aşağıdakı kimidir:
Cins: Qarabatdaq (Phalacrocorax Briss., 1760)
Növ 1. Böyük qarabatdaq (Phalacrocorax carbo Linn., 1758)
Növ 2. Kiçik qarabatdaq (Phalacrocorax pygmaeus Pall., 1773)
Böyük qarabatdaq
Kiçik qarabatdaq
Phalacrocoracidae: Cormorants and Shags
1. Azərbaycanın heyvanlar aləmi. III cild, Onurğalılar. Bakı: "Elm", 2004.-620 səh.
Qarabatdaqkimilər (lat. Phalacrocoracidae) fəsiləsi Quşlar (Aves) sinfinin Qutankimilər (Pelecaniformes) dəstəsinə aiddir. Eyni adlı cinsin (Phalacrocorax Briss., 1760) 2 növü Azərbaycanda yaşayır. Bu quşlar möhkəm bədənli iri quşlardır. Quyruğu uzundur. Dimdiyinin ucunda qarmaq, gövdəsində isə çılpaq dəri vardır. Rəngi qaradır. Suda çox yaxşı üzür və suya baş vurur. Suda sanki dərin oturur, quyruğunu suya salır. Quruda şaquli vəziyyətdə dayanır. Lələkləri suda çox tez islanır. Buna görə də çox vaxt quruda qanadlarını sallayaraq özünü qurudur. Uçuşu qaçaraq, ağırdır. Səsi kar qarıltıdır. Əti balıq iyi verir və ona görə də çox da yeyilmir. Buna görə də onu əvvəlcədən hazırlamaq lazımdır (məsələn, basdırma etmək olar).