dcsimg

Meşə albalısı ( Azerbaijani )

provided by wikipedia AZ

Təbii yayılması

Təbii halda Orta Avropa, Kiçik Asiyada yayılıb.

Botaniki təsviri

Hündürlüyü 6-7 m-ə çatan, yaşıl və ya açıq-qonur rəngli , nazik zoğları olan ağac və ya koldur. Yarpaqları saplaqlı, yarpaq ayası dəyirmi, yumurtavari, ucu sivri, kənarları mişardişli, səthi çılpaqdır. Çiçəkləri ağ, ətirlidir, qalхanvari salхımlarda yığılmışdır. Mеyvəsi 8-10 mm uzunluqda yumurtavari, qaramtıl rəngli çəyirdəkmеyvədir.

Ekologiyası

Daşlı yamaclarda və kollu cəngəlliklərdə bitir.Kölgəyə, istiyə, rütubətə davamlıdır.

Azərbaycanda yayılması

Böyük və Kiçik Qafqazda aşağı, orta dağ qurşaqlarında, Naхçıvanda, Talışda təbii halda rast gəlinir.

İstifadəsi

Bir çox dekorativ formalara malikdir, qrup şəklində qazonlarda və cərgə əkinlərində, yol kənarlarında bəzək bitkisi kimi becərilir.

Məlumat mənbəsi

  1. Tofiq Məmmədov (botanik) "Azərbaycan Dendroflorası IV cild": Bakı: "Elm"-2018. http://dendrologiya.az/?page_id=112
  2. Azərbaycanın ağac və kolları. Bakı: Azərb.SSR EA-nın nəşriyyatı, 1964, 220 s.
  3. Əsgərov A.M. Azərbaycanın ali bitkiləri.Azərbaycanın florasının konspekti II cild. Bakı: Elm, 2006,283 s.
  4. Talıbov T.H.,İbrahimov Ə.Ş.Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri. Naxçıvan:Əcəmi,2008,350s.
  5. Гроссгейм А.А. Флора Кавказа. Баку: Аз. ФАН, 1939, т.1.401с.
  6. Гроссгейм А.А. Флора Кавказа. Баку: Аз. ФАН, 1962 т.6.378с.
  7. Дерувья и кустарники СССР.М.Л.: АН СССР, 1960 Т.5.543с.
  8. "Abşeronun ağac və kolları".Bakı: "Elm və təhsil", 2010.
  9. "Azərbaycan Dendroflorası IV cild": Bakı: "Elm"-2018.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ