dcsimg

Lavanda ( Azerbaijani )

provided by wikipedia AZ

Lavanda (lat. Lavandula)[1] digər adları: rəngli ot; levanda; lavenda və s. — dalamazkimilər fəsiləsinə aid bitki cinsi[2].

Lavanda çoxillik ətirli ədviyyat bitkisidir. Bu bitkinin vətəni Aralıq dənizi sahilləri hesab olunur.Qədim Misirdə mumiyalaşdırma zamanı istifadə edilən maddənin əsas komponentlərindən biri olub. Bitkinin öz ətrini 3 min il saxlaya bilməsi məlumdur. Belə ki, 1922-ci ildə Misir fironu Tutanxamonun mumiyasından ətirli lavandanın qalıqları tapılmışdır.

Əhəmiyyəti

Lavanda bitkisinin bütün hissələrində efir yağları toplanır. Lakin çiçəklərdə onun miqdarı daha çox 0,8-3,0 %-ə qədərdir. Lavanda yağının əsas komponenti ( tərkib hissəsi) linalilasefat (30-56 %) və linalol (10-12 %) hesab edilir. Lavanda yağı və ondan alınan məhsullar (efir yağı, quru çiçək qrupu) ətriyyat - kosmetika sənayesində, qida və əczaçılıq sənayesində, tibdə və məişət kimyasında istifadə edilir. Lavanda yaxşı bal verən bitki hesab olunur və eroziya əleyhinə bitki kimi istifadə edilir.[3]

Yayılması

Avropada lavandanı XVI əsrin axırlarında becərməyə başlamışlar. Rusiya ərazisinə lavanda XIX yüzilliyin ikinci yarısında gətirilmişdir. Lakin, ilk dəfə sənaye halında plantasiyalar şəklində becərilməsinə 1929-cu ildə Krımda başlamışlar. 1937-ci ildə lavanda Krasnodar vilayətində, 1945-ci il-lər Moldovada becərilməyə başlanmışdır. Onun ümumi əkin sahəsi 9 min hektara yaxın, məhsuldarlığı isə 20-30 s/ha - dır.[3]

Növləri

Azərbaycanın dərman bitkiləri

Digər növləri

Hibridlər

İstinadlar

  1. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  2. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
  3. 3,0 3,1 H. S. HÜMBƏTOV, V. V. BƏŞİROV V. R. MOHUMAYEV " YAĞLI VƏ EFİR YAĞLI BİTKİLƏR" BAKI 2016
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Lavanda: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Lavanda (lat. Lavandula) digər adları: rəngli ot; levanda; lavenda və s. — dalamazkimilər fəsiləsinə aid bitki cinsi.

Lavanda çoxillik ətirli ədviyyat bitkisidir. Bu bitkinin vətəni Aralıq dənizi sahilləri hesab olunur.Qədim Misirdə mumiyalaşdırma zamanı istifadə edilən maddənin əsas komponentlərindən biri olub. Bitkinin öz ətrini 3 min il saxlaya bilməsi məlumdur. Belə ki, 1922-ci ildə Misir fironu Tutanxamonun mumiyasından ətirli lavandanın qalıqları tapılmışdır.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ