dcsimg

Adi əncir ( Azerbaijani )

provided by wikipedia AZ
Figs.jpg

Adi əncir (lat. Ficus carica) – tutkimilər fəsiləsinin əncir cinsinə aid bitki növü.

Azərbaycanda yayılması

Azərbaycanda geniş yayılmışdır. Bağbanların, alimlərin və botaniklərin fikrincə dünyada yayılan və becərilən subtropik meyvəli bitkiləri içərisində əncir qədər zəngin qidalı, ətirli və şirinliyə malik olan digər meyvəli bitki yoxdur. Başqa sözlə, əncirə xas olan dietiklik, yüksək kolorilik, ətirlilik, təmlik, şirinlilik və digər xoşa gələn xassələrə görə onu başqa meyvələrdən fərqləndirir.

Əncir hələ eramızdan çox qabaq becərilən qiymətli bitkidir. Onun əsas vətəni Suriya və Kiçik Asiya ölkələridir. Bundan başqa, əncir Aralıq dənizi sahillərində və xüsusən Yunanıstanda çox geniş yayılmışdır.

Azərbaycanda Abşeronda becərilən "Sarı sabahi" və ya "Sarı əncir" sortu xüsusilə məşhurdur. Onun xoş ətri, şirin dadı, sarı rəngli nazik qabıqlı meyvələri çoxlarına məlumdur.

Ümumiyyətlə, Azərbaycanda əncirin 2 növü yayılıb. Bunlardan biri "mədəni əncir" adlanır və respublikada geniş miqyasda becərilir. Digəri isə "Hirkan ənciri"dir ki, o, yabanı halda Lənkəran zonasında yayılıb.

Mədəni əncir

"Mədəni əncir" 2–3 m hündürlükdə kol və ya ağac bitkisidir, onun xoşa gələn ətirli, şirəli, şirin, armudvarı və ya yastı armudabənzər, sarı rəngli meyvələri olur. Əncirin ən qiymətli sortlarından biri "Sarı sahibi"dir. Mədəni əncir Azərbaycanın bir sıra rayonlarında [Abşeronda, Kür-Araz ovalıqlarında, Lənkəranda, Muğanıda və s.] becərilir.

Hirkan ənciri

"Hirkan ənciri" 6–8 m hündürlükdə şaxəli ağacıdır. Bunun da meyvələri armuvdarıdır, lakin rəngi tünd-göydür. Hirkan ənciri Lənkəran zonasının aşağı dağ qurşaqlarının meşəliklərində yayılıb və bir çox rayonlarda da becərilir. Əncirin meyvəsindən bir sıra bioloji fəal və müalicə əhəmiyyətli, orqanizm üçün faydalı maddələr vardır. Bunlardan xüsusilə şəkəri [qlükoza, fruktoza, saxaroza, arabinoza] polisaxaridləri [nişasta, sellüloza, pentozalar, pektinlər, yapışqanlar və s.], fosfatidləri, lesetini, piyli yağı, üzvi turşuları, vitaminləri [karotin B1, B2, B6, PP, C, D vitaminləri], makro və mikroelementləri [kalium, kalsium, maqnezium, ferrum, sink, aliminium və s.] göstərmək olar. Bundan başqa əncirin tərkibində antosian qlikozidı sambusin-xlorid və sambusin-anidin də müəyyən edilmişdir. Əncirin yarpaqları da bu cəhətdən çox faydalıdır. Yarpaqların tərkibində furokumarinlər [psoralen, berqapten], efir yağı, qatranlı maddələr və üzvi turşular [alma, limon və s. turşular], rutin, C vitamini vardır.

Xalq təbabətində istifadəsi

Azərbaycanın Dövlət Tibb İnstitunda aparılan eksperimental təcrübə nəticəsində müəyyənləşdirilmişdir ki, əncir yarpaqlarından hazırlanan sulu dəmləmənin və spirtli ekstraktın ürəyin fəaliyyətinə, eləcə də qan təzyiqinin azalmasına müsbət təsir vardır. Bununla əlaqədar olaraq əncir yarpağının kliniki cəhətdən öyrənilməsi son dərəcədə maraqlı və perspektivli məsələdir.

Xalq təbabətində əncirin qurudulmuş yarpaqlarından sulu dəmləmə və bişirmə formasında, kal meyvələrin südündən isə sulu emulsiya şəklində, eləcə də təzə yetişmiş meyvələrinin şirəsindən ürək xəstəliklərində və hipertoniyada istifadə edilir. Əncirin meyvələrindən hazırlanan doşabdan və mürəbbədən, eləcə də qurudulmuş meyvələrindən şəkərli qida kimi qüvvətverici vasitə kimi istifadə olunur.

Naxçıvanda əncirin qurudulmuş meyvələrini qanazlığı zamanı yeyirlər. Əncirin mürəbbəsi və cemi qanazlığı və zəiflik zamanı qüvvətverici vasitə kimi işlədilir.

Ənciri od üzərində qovurub yuxugətirici dərman kimi qəbul edirlər. Əngirin qurudulmuş yarpaqlarından və meyvələrindən soyuqdəymələrdə çay kimi dəmləyib, sinəyumşaldıcı dərman kimi içirlər. Əncir quru öskürəkdə və boğaz ağrılarında yumşaldıcı öskürək dərmanı kimi də istifadə edilir.

Salyan rayonunda yerli əhali əncirin qurudulmuş yarpaqlarından çay hazırlayıb, bronxial astmaya qarşı, eləcə də böyrək xəstəliklərində sidikqovucu kimi istifadə edirlər.

Əncir ağacının yarpaqlarından və kökündən dəmləmə [çay] hazırlayıb, ishala və dezenteriyaya qarşı içirlər. Əncirin meyvəsini süddə bişirib, qusmanın qarşısını almaq üçün işlədirlər. Əncir bitkisinin yarpaqlarının saplağını və kal meyvələrinin südünü suda qarışdırıb [emulsiya] uşaqlarda baş verən qarın ağrılarına qarşı ağrıkəsici dərman kimi işlətmək olar. Qurudulmuş yarpaqlarının və cavan budaqlarının çayından qurdu olan adamlara içirtmək faydalıdır.

Əncirin meyvəsini suda pörtlədib çiban yarasının üstünə qoymaqla yaranı yetişdirmək və onun hovunu almaq üçün istifadə edilir. Təzə dərilmiş yarpaqlarını yandırıb onun külündən inək yağında məlhəm hazırlayıb, dəri yaralarının müalicəsində işlədirlər.

Yuxarıda qeyd olunanlardan göründüyü kimi əncir çox faydalı bitkidir. Onun meyvələri ürək xəstəliyinin müalicəsi üçün gözəl şəfaverici dərmandır. Bundan başqa, əncirin meyvələri soyuqdəymə zamanı baş verən döş-boğaz ağrılarını, eləcə də quru öskürəklərin iltihabını aradan qaldıran və ağrı kəsən təsirə malikdir. Bundan əlavə, zərif işlədici və sidikqovucu xassəsi də var. Ümumiyyətlə, əncir meyvəsinin doşabı qanazlığı zamanı və zəifləmiş orqanizm üçün çox xeyirlidir.

Əncirin yarpağı da ürək xəstəlikləri üçün gözəl dərmandır. Onun qurudulmuş yarpaqlarının çayı ürək ağrılarını götürür. Qan təzyiqini aşağı salır və ürəyin fəaliyyətini tənzim edir. Təəssüf ki, belə qiymətli bitkinin inkişafına, artmasına, becərilmə sahəsinin genişlənməsinə respublikamızda çox az fikir verilir. Halbuki əncir ağacları öz inkişafı üçün çox zəhmət tələb etmir, o quraqlığa davamlı bitkidir. O, hər fəsildə insanlara bal kimi şirin, ətirli və bol meyvələr verir. O, hətta öz inkişafında su da tələb etmir. Bu faydalı bitkinin meyvəsini dərən adamlar onun qol-budağını sındırmamalıdır.

Əncir ağacına xas olan bütün bu müsbət və faydalı cəhətləri nəzərə alaraq, onun respublikamızda sənaye əhəmiyyətli plantasiyasının təşkili son dərəcə vacib məsələdir. Azərbaycanda bir sıra meyvəli bitkilər kimi məsələn, zeytun, şaftalı, ərik, xurma, feyxoa və s. əncirin də sənaye əhəmiyyətli plantasiyasını təşkil etmək məqsədəuyğundur.

Respublikamızın əksər rayonlarında, xüsusən Muğan və Lənkəran zonasında əncirin becərilməsi perspektivlidir.

Təbii yayılması:

Yаbаnı hаldа Kоpеtdаğ, Pаmir-Аltаy, Zаqаfqаziyа və Krımdа rаst gəlmək оlаr. İrаn, Kiçik Аsiyа, Hindistаn, Аrаlıq dənizyаnı ölkələrdə və Əfqаnıstаndа gеniş yаyılmışdır.

Botaniki təsviri:

Əncir subtrоpik mеyvə аğаcıdır. Hündürlüyü 10-15 m-ə çatаn аğаc və bəzən kоlşəkillidir. Gövdəsi hаmаr və bоz rəngli, üzərində dаyаz çаtlаr və аğ ləkələr оlur. Оduncаğı rəngsiz və yа sаrımtıl, yumşаqdır. Çətiri еnli, dаğınıq, qоllu-budаqlı, şаrvаridir. Bəzən budаqlаrı sеyrək, cаvаn vахtlаrdа yаşıl, ikinci ildə isə bоz və yа qəhvəyi rəngdə оlur. Yаrpаqlаrı kələ-kötür, аz və yа çох yаrılmış, budаq üzərində növbəli düzülüşlü, kənаrı tаm, bəzən аz dişli, üst tərəfdən tünd yаşıl, аlt tərəfdən аçıq yаşıl, töküləndir. Yаrpаq sаplаğının аltındа 2-3 qоltuq tumurcuğu оlur. Çiçək tumurcuqlаrı iki və üç cərgəli pulcuqlаrlа örtülü оlur. İyun аyının əvvəli və оrtаlаrındа tumurcuq pulcuqlаrı töküldükdən sоnrа yаrpаğın qоltuğundаn böyük qаpаlı çiçək qrupu əmələ gəlir. Əncir ikiеvli bitkidir. Еrkək çiçəkli əncir аğаcının çiçək qrupunun üst hissəsində еrkək çiçəklər, аlt hissəsində isə tаm inkişаf еtməmiş dişi çiçəklər tоplаnmışdır. Dişi çiçəkli əncir аğаclаrının çiçək qrupundа yаlnız nоrmаl inkişаf еtmiş dişicikli çiçəklər, nаdir hаllаrdа еrkəkcikli çiçəklərdə оlur. Çiçək yаnlığını əmələ gətirən yаrpаqcıqlаr çохdur. Dişicik bir sütuncuqlu, yumurtаlıqdа bir yumurtаcığı vаrdır. Çiçəklər mаyаlаndıqdаn sоnrа mеyvə qrupundа mеyvəciklər əmələ gətirir. Əncir аğаcı ildə iki dəfə mеyvə vеrir.

Еkоlоgiyаsı:

İstisevən və quraqlıgadavamlı bitkidir.

Аzərbаycаndа yаyılmаsı:

Аbşеrоn, Nахçıvаn, Gəncə və s. isti bölgələrdə bеcərilir.

İstifаdəsi:

Meyvələri yetişdikdə şirin və yumşaq olur, təzə və qurudulmuş halda istifadə edilir.Əgər istəsəniz qabığlı istəsəniz qabığsız yeyə bilərsiniz.

Mənbə

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.

http://dendrologiya.az/?page_id=112

İstinadlar

Xarici keçidlər

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Adi əncir: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ
Figs.jpg

Adi əncir (lat. Ficus carica) – tutkimilər fəsiləsinin əncir cinsinə aid bitki növü.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ