dcsimg
Image of Deadly Nightshade
Creatures » » Plants » » Dicotyledons » » Nightshades »

Deadly Nightshade

Atropa belladonna L.

Adi xanımotu ( Azerbaijani )

provided by wikipedia AZ

Adi xanımotu (lat. Atropa bella-donna)[1]xanımotu cinsinə aid bitki növü.[2]

Adi xanımotu yaxşı inkişaf etmiş yoğun və ətli köklərə, qısa çoxşaxəli kökümsova malik çoxillik ot bitkisidir. Gövdəsi silindrik formalı, yaşıl rəngli olub, hündürlüyü 100-180 sm-ə çatır. Yarpaqları tünd yaşıl rəngli, yumurtavari formalı, zirvəsi bir qədər sivri və tam kənarlıdırlar. Gövdənin aşağı yarpaqları tək-tək yerləşərək növbəli düzülürlər, yuxarı yarpaqları isə qoşa yerləşirlər. Qoşa yarpaqların biri böyük, digəri kiçik ölçülü olur. Çiçəkləri yarpaqların qoltuğunda tək-tək inkişaf edir. Çiçək saplağı tükcüklü olub, bir qədər sallaqdır. Çiçək saplağının ucunda bir, bəzən də iki çiçək yerləşir. 5 yaşıl rəngli kasa yarpağına, 5 ləçək yarpağına, 5 erkəkciyə və bir üst yumurtalıqlı, iki yuvalı dişiçiyə malikdir. Silindrik zəngşəkilli çiçək tacı qonur-bənövşəyi rənglidir. Tacın əsasına doğru getdikcə rəngi solğunlaşır. Meyvəsi parlaq, bənövşəyi-qara rəngli, şirəli, iki yuvalı və çox toxumlu giləmeyvədir. Toxumları böyrəkşəkilli olub, qəhvəyi rənglidirlər. Bitki may-iyun aylarından başlayaraq payıza qədər çiçəkləyir.

Yayılması

Xanımotu meşələrdə, ağac kötükləri çox olan yerlərdə bitir. Krım, Qafqaz və MDB-nin Cənubi Avropa bölgələrində geniş yayılmışdır.

Tərkibi

Xanımotu bitkisinin bütün hissələrində alkaloidlər (atropin, hiossiamin, skopolamin, apoatropin, belladonnin, uçucu xassəli əsaslar—N-metilpirrolin, N-metilpirrolidin, piridin və tetrametildiaminobutan) və kumarinlər—metileskuletin, skopoletin, umbelliferon aşkar edilmişdir. ATU-da aparılan tədqiqatlar göstərmişdir ki, Azərbaycan florasında olan Qafqaz xanımotu növünün yarpaqlarında alkaloidlərin ümumi miqdarı 0,5%-ə, köklərində isə 0,55% -ə çatır.

Əsas təsiri

Bu bitki çiçəkləyən dövrdə, iyun-iyul aylarında daha zəhərli olur. Qaramal, atlar bu bitkiyə çox həssasdır. Davarlar isə bitkinin təsirinə nisbətən davamlıdır. Heyvanların xanımotundan zəhərlənməsinə az təsadüf olunur.

A.D.Turova (1987) xanımotu preparatlarının farmakoloji effektinin, əsasən atropin və skopolaminlə bağlı olduğunu göstərir. Xanımotu alkaloidləri, eləcə də, xalis atropun kiçik dozada mərkəzi sinir sisteminə oyandırıcı təsir edir, zehni və fiziki iş qabiliyyətini artırır, tənəffüsü tənzimləyir, tənəffüs mərkəzində oyancıqlığı yüksəldir, bronxları genişləndirir, tənəffüs yollarında sekresiyanı azaldır. Həzm traktının peristaltikasını və həzm vəzilərinin sekresiyasını zəiflədir. Dəridə, xüsusən də üz və boyun nahiyyəsində qan damarlarını genişləndirir, lakin bununla yanaşı, tər ifrazının azalmasına səbəb olur, çünki tər vəzilərinin funksiyasına tormozlayıçı təsir köstərir. Bəbəyi kenişləndirir—midriaz yaradır, gözün akkomodasiya qabiliyyətinin azalmasına, yaxud itməsinə səbəb olur. Onların ürəyə də təsiri xarakterikdir — belə ki, azan sinirin oyanmaları nəql etməsini zəiflətmək və ya tormozlamaqla ürək döyünmələrinin sürətlənməsinə səbəb olurlar.

Xanımotu preparatları mədə və oniki barmaq bağırsaq yaralarında, pilorospazmda, xroniki hiperasid qastritlərdə, xroniki kolitlərdə, spastik qəbizlikdə, xolesistit, xolankit və öd daşları ilə bağlı olan öd yollarının diskineziyasında, böyrək ağrılarında, bradikardiyada, ürək qlikozidlərinin qəbulu ilə əlaqədar yaranan intoksikasiyalarda, ruhi xəstəliklərdə, anesteziolokiyada, oftalmolokiyada və s. istifadə edilir. Xanımotunun alkaloidləri böyrəklər vasitəsilə orqanizmdən kənar olunur.

Bütün bunlara baxmayaraq, Bolqar ara həkimi İvan Rayevin parkinsonizm xəstəliyinin müalicəsində xanımotu köklərindən istifadə etməsini nəzərə almasaq, xanımotu bitkisindən (çox zəhərli olduğu üçün) xalq təbabətində istifadə edilmir.

İstifadə qaydası

Xanımotunun istifadəyə yararlı hissələri yarpaqları (Folium Belladonnae) və kökləridir (Radix Belladonnae). Xanımotunun yarpaqları iyun-iyul aylarında, kökləri isə payızda, yaxud erkən yazda toplanaraq, havası yaxşı dəyişilən kölgə yerdə, yaxud quruducularda 40-45° S-də qurudulur. Quru xammal zəif, xarakterik iyə malikdir. Saxlanma müddəti 2 ildir.

Xanımotu bitkisindən atropin sulfat (Atropini sulfas), quru ekstrakt (Extractum Belladonnae siccum), qatı ekstrakt (Extractum Belladonnae spissum) və çövhər (Tinctura Belladonnae) alınır. Xanımotu çıxarış-ları bir çox dərman preparatlarının: "Bekarbon", "Besa-lol", "Bepasol", "Belloid", "Bellataminal" və s. tərkibi-nə daxildir. Xanımotunun qurudulmuş yarpaqlarından astma əleyhinə siqaretin hazırlanmasında da istifadə olunur.

Mənbə

  • Sabir Tağıyev. Bitkilərin müalicəvi və toksinoloji əhəmiyyəti. Möcüzəli bitkilər. Bakı, 2009, səh.80-81

İstinadlar

  1. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  2. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
Inula britannica.jpeg İkiləpəlilər ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Adi xanımotu: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Adi xanımotu (lat. Atropa bella-donna) – xanımotu cinsinə aid bitki növü.