dcsimg

Hamar zirinc ( Azerbaijani )

provided by wikipedia AZ

Hamar zirinc (lat. Berberis levis) — zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.

Təbii yayılması

Vətəni Şimali Afrikadır.

Botaniki təsviri

Hündürlüyü 2 m olan həmişəyaşıl koldur. Uzunsov ellipsvari yarpaqları üstdən parlaq, altdan isə ağımtıl rəngdə olur. Gövdəsi və budaqları hamardır, üzərində 3-5 bölümlü, sarımtıl-qəhvəyi rəngli, nazik, uzun tikanları vardır. Çiçəkləri sarıdır. Göyümtül-qara meyvələri yaşıl yarpaqların fonunda bitkiyə xüsusi gözəllik verir. Toxumla çoxaldılır.

Ekologiyası

Torpağa tələbkar, quraqlığa davamlıdır.

Azərbaycanda yayılması

Mərdəkan dendrarisində introduksiya edilmişdir. Abşeronda park və bağlarda mədəni şəraitdə becərilir.

İstifadəsi

Meyvələri ədviyyatların, içkilərin hazırlanmasında,qənnadı sənayesində, yarpaqları isə salat üçün, kökləri dərilərin, parçaların rənglənməsində, xalça sənayesində istifadə edilir. Oduncağı dekorativ işlərdə, xırda əşyaların, ayaqqabı mismarlarının düzəldilməsi üçün yararlıdır.

Məlumat mənbəsi

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Hamar zirinc: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Hamar zirinc (lat. Berberis levis) — zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ