dcsimg
Creatures » » Plants » » Dicotyledons » » Lily Family »

Tulipa undulatifolia var. undulatifolia

Eyxler dağlaləsi ( Azerbaijani )

provided by wikipedia AZ

Eyxler dağlaləsi (lat. Tulipa eichleri) — zanbaqkimilər -( Lilicaeae Juss.) fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü.

Şərqi Zaqafqaziyanın nadir endemik növüdür.[1] [2]Qazax (Ceyrançöl, Molladağ ətrafında), Şamaxı (Xilmilli, Təklə, Bəklə, Mirzəbaba kəndləri ətrafında) rayonları, bozqır yaylası, Samur-Dəvəçi ovalığıAlazan-Əyriçay ovalığında yayılmış, Azərbaycandan kənarda isə İranda yayılması güman edilir. Quru, otlu yamaclarda bitir. Seyrək rast gəlir.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU A2c+3c.

Qısa morfoloji təsviri

Çoxillik ot bitkisidir. Soğanağı 2-3 sm diametrdə, dərivari, qara, qonur qınla örtülmüşdür. Gövdə 30-40 sm-ə qədər hündürlükdədir. Yarpaqlar çox və ya az dərəcədə əyilmiş, göyümtül, tədricən yuxarıdan quruyan, uzunsov-neştərşəkilli, aşağıdakı adi, xətvari, enli-neştərvari, yuxarısı dar-neştərvaridir. Çiçəkləri təkdir, çiçəkyanlıqlarının yarpaqcıqları parlaq-qırmızı, 2,5-5 sm uzunluğundadır. Erkəkciyi nəzərəçarpacaq dərəcədə çiçəkyanlığından qısadır; tozcuğu sarı və ya bənövşəyi, sapa bərabər və ya uzundur. Qutucuq 1,5-3 sm uzunluğundadır [3]

Bioloji, ekoloji, fitosenoloji xüsusiyyətləri

Ovalıqdan aşağı dağ qurşağına qədər, daşlı-çınqıllı, quru-otlu yamaclarda və əkinlərdə bitir. Çiçəkləməsi aprel, meyvələməsi may ayına təsadüf edir. Çoxalması soğanaq və toxumladır. Mezokserofitdir . Dərmanbəzək bitkisidir [4].

 src=
Poçt markası (1993).

Ehtiyatının dəyişilmə səbəbləri

Ot çalınması və mal-qara otarılması.

Becərilməsi

Azərbaycanın Botanika İnstitutunun Botanika bağında becərilir.

Qəbul edilmiş qorunma tədbirləri

Mühafizəsi üşün xüsusı tədbirlər hazırlanmamışdır.Ceyrançöl və Qazangöl ərazilərində mütəmadi monitorinqlərin aparılması təklif olunur.

Yayılması

Samur-Dəvəçi ovalığl, Qobustan, Kür-Araz ovalığı, Bozqır yaylası, Böyük Qafqazın Şərq hissəsi (Şamaxı rayonu), Naxçıvan (Ordubad rayonu, Nüsnüs kəndi)

Mənbə

Azərbaycan SSR-in Qırmızı kitabı, 1989

Xarici keçidlər

Convallaria-oliv-r2.jpg Birləpəlilər ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.

İstinadlar

  1. http://redbook.az/?options=project&id=Eyxler%20t%C3%BClpan%C4%B1
  2. Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri, II nəşr, Bakı-2013
  3. . Ахундов Г.Ф., 1952
  4. . Ибадлы О.В., 2005 Mehdiyeva N.P., 2011.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Eyxler dağlaləsi: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Eyxler dağlaləsi (lat. Tulipa eichleri) — zanbaqkimilər -( Lilicaeae Juss.) fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü.

Şərqi Zaqafqaziyanın nadir endemik növüdür. Qazax (Ceyrançöl, Molladağ ətrafında), Şamaxı (Xilmilli, Təklə, Bəklə, Mirzəbaba kəndləri ətrafında) rayonları, bozqır yaylası, Samur-Dəvəçi ovalığıAlazan-Əyriçay ovalığında yayılmış, Azərbaycandan kənarda isə İranda yayılması güman edilir. Quru, otlu yamaclarda bitir. Seyrək rast gəlir.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU A2c+3c.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ