İynəşəkillilər (lat. Syngnathiformes) — Şüaüzgəcli balıqlar (Actinopterygii) dəstəsidir. Burnu boru şəklindədir, üzgəcləri kiçikdir, tikan şüaları yoxdur. Qabırğaları yoxdur. Qarın üzgəcləri ya yoxdur, ya da döş üzgəclərinə yaxın yerləşmişdir. Erkəklərin qarın tərəfində dəri qatlaqyumurta kisəsi olur ki, dişi balıqlar kürünü buraya qoyurlar. Bəzilərində belə kisələr yoxdur. Dəniz balıqları olub, tropik və mülayim sularda yaşayırlar. 7 fəsiləsindən Xəzərdə biri təmsil olunmuşdur. Xəzər iynəbalığı adlı növaltı yaşayır. Bu balıq dənizin sahil zonasında hər yerdə rast gəlir, çayların aşağılarına da keçir. Həm dəniz iynələri, həm də dəniz atları plankton xərçəngkimilərlə qidalanır. Bunların heç bir vətəgə əhəmiyyəti yoxdur.[1]
İynəşəkillilər (lat. Syngnathiformes) — Şüaüzgəcli balıqlar (Actinopterygii) dəstəsidir. Burnu boru şəklindədir, üzgəcləri kiçikdir, tikan şüaları yoxdur. Qabırğaları yoxdur. Qarın üzgəcləri ya yoxdur, ya da döş üzgəclərinə yaxın yerləşmişdir. Erkəklərin qarın tərəfində dəri qatlaqyumurta kisəsi olur ki, dişi balıqlar kürünü buraya qoyurlar. Bəzilərində belə kisələr yoxdur. Dəniz balıqları olub, tropik və mülayim sularda yaşayırlar. 7 fəsiləsindən Xəzərdə biri təmsil olunmuşdur. Xəzər iynəbalığı adlı növaltı yaşayır. Bu balıq dənizin sahil zonasında hər yerdə rast gəlir, çayların aşağılarına da keçir. Həm dəniz iynələri, həm də dəniz atları plankton xərçəngkimilərlə qidalanır. Bunların heç bir vətəgə əhəmiyyəti yoxdur.