dcsimg

Böyük Qаfqаz quşarmudu ( Azerbaijani )

provided by wikipedia AZ

Böyük Qafqaz quşarmudu — gülçiçəkkimilər fəsiləsinə aid olan bitki.

Ümumi yayılması

Azərbaycanda yayılması: Quba rayonu yuxarı dağ meşə qurşqğında rast gəlinir.

Statusu

Azərbaycanın nadir bitki növlərindən biridir.VU A2c+3cd .

Bitdiyi yer

Yuxarı və orta dağ qurşaqlarında və ya seyrək meşələrdə, quru daşlı əhəngli işıqli yamaclarda təsadüf edilir.

Təbii ehtiyatı

Azərbaycanda arealı geniş deyildir.

Bioloji xüsusiyyətləri

Hündürlüyü 5-8 m-ə çatan və diametri 40 sm-ə qədər olan dağınıq çətirli ağac və ya kol bitkisidir. Yarpaqları təklələkvarı yarpaqcıqdan ibarətdir. Üstdən çılpaq, altdan dağınıq tüklüdür, orta yarpaqcıqları lansetşəkilli, və ya uzunsov lansetvarı, qeyri-simmetrik olub, yuxarı hissəsində yarpaqcıqların kənarı sivri və mişardişlidir. Ancaq, aşağı hissəsində tamdır, bəzi hallarda isə hər tərəfi mişardişlidir. Çiçək qrupu çoxçiçəkli, qalxanvarıdır. Bunlar əvvəllər tüklü olub, sonralar demək olar ki, çılpaqlaşan budaqcıqların uclarındadır. Çiçəkləri ağ rəngdə olub, kəskin spesifik iy verir, diametri 10-15 mm-dır. Yetişmiş meyvələri kürəvi yumurtavarı və ya uzunsov-yumurtavarı, narıncı az-az hallarda isə sarımtıldır, eni 7-11 mm-dir. Bir qədər uzunsov və təpəsi sivriləşmiş toxumu vardır. May –iyun aylarında çiçək açır, avqust-sentyabr aylarında meyvə verir və meyvəsi ağacların üzərində qalır.

Çoxalması

Təbiətdə generativ və vegetativ yolla çoxalır.

Təbii ehtiyatının dəyişilməsi səbəbləri

Başlıca olaraq insan fəaliyyətidir.

Becərilməsi

Mədəni halda Nəbatat bağlarında becərilir.

Qəbul edilmiş qoruma tədbirləri

Qəbul edilmiş qorunma tədbiri yoxdur.

Zəruri qoruma tədbirləri

Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilməsi tövsiyə olunur.

Ədəbiyyat

  • Деревья и кустарники СССР. т.3.1954;
  • Флора Азербайджана. т.5. 1954;
  • Azərbaycanın ağac və kolları. III cild. 1970;
  • Красная Книга СССР. 1984; Azərbaycanın “Qırmızı Kitabı”.1989;
  • Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996; *Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.

Mənbə

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.

http://dendrologiya.az/?page_id=112

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Böyük Qаfqаz quşarmudu: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Böyük Qafqaz quşarmudu — gülçiçəkkimilər fəsiləsinə aid olan bitki.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ