dcsimg

Ağ göyrüş ( Azerbaijani )

provided by wikipedia AZ

Ağ göyrüş və ya manna göyrüşü (lat. Fraxinus ornus) — zeytunkimilər fəsiləsinin göyrüş cinsinə aid bitki növü.

Təbii yayılması

Vətəni Aralıq dənizyanı ölkələridir. Rusiyada yayılmışdır.

Botaniki təsviri

Hündürlüyü 12 m-ə çatan, düz, yumru, möhkəm çətirli ağacdır. Yarpaqları açıq yaşıl, 7 ədəd uzunsov-yumurtaşəkilli, uzunluğu 9 sm-ə çatan, alt hissəsi tüklü, kənarları dişli olan xırda yarpaqcıqlardan ibarətdir. Zoğların uclarında uzunluğu 5-15 sm olan, sıx süpürgələrə yığılmış ağ, uzun, ensiz ləçəkli, ətirli çiçəkləri ilə digər göyrüşlərdən fərqlənir. Meyvələri ensiz, uzunsov, ucu yumru, uzunluğu 2,5 sm-ə qədərdir. Yavaş böyüyür, 20 yaşında 6-7 m hündürlüyə çatır. Toxumla çoxaldılır.

Ekologiyası

İşıqsevən, quraqlığa və soyuğa davamlıdır.

Azərbaycanda yayılması

Quba, Nabran, Zaqatala və s. rayonlarda təbii və mədəni şəraitdə becərilir.

İstifadəsi

Ağ göyrüşə hər yerdə, meşə və parklarda, avtomobil və dəmiryolları ətrafında rast gəlmək olar. Çox vaxt göyrüşyarpaq ağcaqayınını səhv olaraq “göyrüş” adlandırırlar. Çiçəkləmə dövründə çox dekorativ ağacdır. Tək, qruplarla əkilməsi məsləhətdir.

Ədəbiyyat

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Ağ göyrüş: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Ağ göyrüş və ya manna göyrüşü (lat. Fraxinus ornus) — zeytunkimilər fəsiləsinin göyrüş cinsinə aid bitki növü.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ