Qızılı doqquzdon
Şərqi Sibirdə, Uzaq Şərqdə, Çində yayılmışdır.
Hündürlüyü 2-4 m-dək olan, şaxələnmiş, möhkəm çətirli, tünd-boz qabıqlı gözəl koldur. Yarpaqların uzunluğu 12 sm-dək, uzunsov-yumurtavari, ucu biz, dərili, tünd-yaşıl, qısa saplaqlıdır. Bir çox növlərdən fərqli olaraq bu növün çiçəkləri qızılı-sarı, bal qoxuludur. 5-6 yaşından hər il çiçəkləyir və bol meyvə verir. Meyvələri qırmızı, şarşəkilli, bünövrəsi ilə bitişikdir. Toxumlarla və qələmlərlə çoxalır, kök atması 100 %-ə çatır.
Torpağa tələbkar deyil. Qışa, quraqlığa, zərərverici və xəstəliklərə davamlıdır. Şəhər şəraitinə yaxşı dözür.
Mərkəzi Nəbatat Bağında introduksiya edilmişdir. Mədəni şəraitdə 1989-cu ildən becərilir.
Gözəl çiçəkləri, meyvələri və parlaq yaşıl yarpaqları ilə çox dekorativdir. Qrup əkinlərində, canlı çəpərlərin salınmasında istifadəsi məsləhət görülür.
Qızılı doqquzdon