dcsimg
Image of Dinophysis sacculus
Unresolved name

Dinoflagellates

Dinoflagellata

Dinofit yosunlar ( Azerbaijani )

provided by wikipedia AZ

Dinofit yosunlar (Dinop­hyta) - dinofit (pirofit) yosunları və ya peridineilər birhüceyrəli, nadir hallarda çoxhüceyrəli orqanizmlərdir. Bədənində pirofil (bəzilərində xlorofil) piqmenti olduğuna görə onların rəngi adətən qonur, sarımtıl, qırmızımtıl və ya yaşılımtıl olur. Bu yosunların əksəriyyəti avtotrofdur. Dinofit yosunlar iki-üç və ya çoxsaylı qoruyucu lövhəciklərdən ibarət xitin qlafı olur. Qlaf üzərində eninə və uzununa şırımlar vardır ki, bunların da içərisində telşəkilli qamçılar yerləşir. Dinofit yosunlar plankton orqa­nizmlər olub, adətən dənizlərdə, nadir hallarda şirin və ya şorlaşmış sularda yaşayırlar. Onlar çox vaxt radiolarialar, xüsusilə knidarialar ilə simbioz əmələ gətirərək müasir rifquran mərcanların inkişafına kömək edirlər. Dinofit yosunlar qazıntı halında silur və erkən devon­dan məlumdur; permdən başla­yaraq müasir dövrədək fasiləsiz rast gəlirlər. Dinofitlərin mezokaynozoy üçün böyük stratiqrafik əhəmiyyəti vardır. Onların əsasında zonal şkalalar qurulur.

Mənbə

  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Dinofit yosunlar: Brief Summary ( Azerbaijani )