dcsimg

Qafqaz enlibaşı ( Azerbaijani )

provided by wikipedia AZ

Qafqaz enlibaşı (lat. Squalius cephalus) Chordata tipinin növüdür. Az saylı, yerli (aborigen) növdür.

Xarakterik morfoloji əlamətləri

Ağzı ucda, yarım aşağıda və ya aşağıda olur. Bədəni iri və ya xırda pulcuqlarla örtülü olur. Cinsi dimorfizm zəif inkişaf etmişdir. Azərbaycan sularında yaşayan enlibaşların uzunluğu 45.0 sm, kütləsi 1 kq-a qədər olur.[1]

Yaşayış yeri və həyat tərzi

Şirin su balığı olub, başlıca olaraq, bulaq mənşəli, zəif axan çaylarda və su bitkilərinin gur inkişaf etdiyi durğun sularda yaşayır. Orta ömrün uzunluğu 7-il olub, cinsi yetkinliyə erkəklər 2, dişilər 3 yaşında çatır. Fərdi inkişaf forması tam çevrilmə, həyat sikli kürü-sürfə-körpə-yetgin fərd şəklində olur.

Yayılması

Azərbaycanda 1 yarımnövü (Leuciscus cefalus orientalis, Nordman, 1840) yayılmışdır. Azərbaycanın Şimal-Şərq və Cənub-Şərq bölgəsindən axan çaylarda, Kür-Araz hövzəsində yayılmışdır. Leuciscus cephalus növünün dünyada 11 yarımnövü yaşayır ki, onlardan yalnız biri (Leuciscus cephalus orientalis, Nordman, 1840) Azərbaycanın su hövzələrində yayılmışdır.[2]

Cinsi statusu və çoxalma xüsusiyyətləri

Çoxalması kürüləmə yolu ilə olur. Kürüsünü hissə-hissə, su bitkilərin üzərinə tökür. Çoxalması suyun temperaturu 15.00 - 21.00C dərəcə olduqda aprel ayının sonlarından iyun ayının sonlarına qədər davam edir. Reproduktivliyin forması kürü şəklində olur. Məhsuldarlığı 4.7 mindən 118,0 min ədəd kürü arasında dəyişir.[3] Cinsiyyət yetkinliyinə çatdıqdan sonra demək olar ki, hər il kürü tökür. Yaşadığı mühit şəraitindən asılı olaraq bəzən kürü tökmür.

Qidalanması

Körpə fərdləri su cücülərinin sürfələri, balıq kürüsü, sapşəkilli yosunlar, yetkin fərdləri isə balıq körpələri, yaşıl yosunlar, su cücüləri, əsasən gündəcə, bulaqçı sürfələri və molyusklarla qidalanır.

İnsan həyatına təsiri

Əmtəə keyfiyyəti olsa da, azsaylı olduğundan vətəgə əhəmiyyəti daşımır. Ziyanvericilik xüsusiyyətləri yoxdur

Qəbul edilmiş və qəbul edilməsi vacib olan mühafizə tədbirləri

Balıqçılıq haqqında qanun qəbul edilmişdir. Su hövzələrinin çirkləndirilməsinin qarşısı alınmalıdır.

Ədəbiyyat

  1. Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 620.
  2. Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 224 s.
  3. Казанчеев Е.Н. Рыбы Каспийского моря. М.: Легкая и пищевая промышленность, 1981, 168 с.
  4. Кулиев З.М. Рыбы Залива Кирова Каспийского моря. Баку, Элм, 1989, 184 с.

İstinadlar

  1. Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 224 s.
  2. Кулиев З.М. Рыбы Залива Кирова Каспийского моря. Баку, Элм, 1989, 184 с.
  3. Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 224 s.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Qafqaz enlibaşı: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Qafqaz enlibaşı (lat. Squalius cephalus) Chordata tipinin növüdür. Az saylı, yerli (aborigen) növdür.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ