Karsidaridlər fəsiləsi-(lat. Carsidaridae) Buğumayaqlılar tipinin Bərabərqanadlılar dəstəsinə aid olan fəsilə.
Bir çox əlamətlərinə görə psillidlərə bənzəyir. Bığcıqları basıq, yanlardan enlidir, uzun qıllarla sıx örtülmüşdür. Qabaq qanadlar ucda küncvaridir, damarlarında iki sıra qıllar var.[1]
Əsasən paleotropiklərdə yayılmışlar.
Fəsilənin tərkibinə 2 yarımfəsilə və 30 cins daxil olur. Qafqazda, o sıradan Azərbaycanda 2 növü qeydə alınmışdır – əncir yarpaqbirəciyi (Homotoma ficus L.) və Homotoma viridis. Bu sonuncu da əncirə ziyan vurur.[1]
Karsidaridlər fəsiləsi-(lat. Carsidaridae) Buğumayaqlılar tipinin Bərabərqanadlılar dəstəsinə aid olan fəsilə.