dcsimg
Image of pork tapeworm

Pork Tapeworm

Taenia solium

Donuz soliteri ( Azerbaijani )

provided by wikipedia AZ

Donuz soliteri (lat. Taenia solium) — lentşəkilli qurdların parazit növü. Donuz soliteri 1,5 - 2 metr olur. Keçid sahibi kimi donuzlar, itlər, dovşanlar, dəvələr olsalar da sonuncu sahibi ancaq insanlardır. İnsanlarda teniozsisteserkoz yaradır.

Ümumi xarakteristikası

Donuz soliteri istər ümumi quruluşuna və istərsə də inkişafına görə qismən öküz soliterinə oxşayır. Bədənin uzunluğu 2-3 m (bəzən 8 m), başın diametri 1 mm, uzunluğu isə 2-3 mm-dir. Başda 4 simmetrik yerləşmiş sormac və xortumun üzərin-də 2 cərgədə düzülmüş (25-30 ədəd) qarmaqlar vardır. Ön cərgədə yerləşmiş qarmaqların uzunluğu 160-180 mkm, arxa cərgənin qarmaqları isə 110-140 mkm-dir. Parazitin strobilası 900-ə qədər buğumdan ibarətdir. Yetişmiş buğumlar öküz soliterindən fərqli olaraq, kvadrat formasında, balalıq isə 8-12 yan şaxələrə malik olur. Cinsiyyət dəliyi buğumlarının bəzisində sağda və digərində isə solda yerləşərək növbəli xarakter daşıyır. Öküz soliterindəkindən fərqli olaraq buğumlar hərəkət etmir. Donuz soliterində həzm, tənəffüs və qan-damar sistemi yoxdur. İfrazat sistemi protonefri-dial tipli olub, bədənin yan tərəfində hər buğumda uzununa yerləşmiş 2 kanaldan ibarətdir. Cinsiyyət üzvləri öküz soliterinə nisbətən yaxşı inkişaf etmişdir. Yumurtalıq 3 paydan təşkil olunmuşdur. Toxumluq öküz soliterində olduğu kimidir. Yumurta xaricdən qalın qatla örtülərək xarici mühitin qeyri-əlverişli şəraitinə dözümlü olur. Yumurtanın xarici mühitə çıxarılması strobiladan yetişmiş buğumlarının ayrılıb nəcis vasitəsilə xaricə düşməsi ilə baş verir.

İnkişaf dövriyyəsi

Donuz soliterinin əsas sahibi insan, aralıq sahibi isə donuz-dur. İnsanın nazik bağırsağında parazitlik edən cinsi yetkin formanın strobilasının bir neçə yetişmiş buğumu, ya da buğumdan bağırsağa düşmüş yumurtası nəcis vasitəsilə xarici mühitə düşür, hər bir buğumda belə yumurtalarının sayı 170000-ə qədər ola bilər. Yumurta xaricdə müəyyən müddət inkişaf edir, sonra isə aralıq sahib olan donuza yoluxur. Donuzun həzm aparatına düşmüş yumurtadan sürfə (onkosfer) xaric olur. Onkosfer qarmaqları vasitəsilə bağırsağın və ya mədənin selikli qişasından keçərək limfa və qan-damar sisteminə daxil olur. Qan vasitəsilə onkosfer müxtəlif orqanlara, o cümlədən qaraciyərə, əzələyə, ağciyərlərə və beyinə keçir. Burada onkosfer sistoserk adlanan finnaya çevrilir. Sistoserkin əmələ gəlməsi və tam formalaşması 60-70 günə başa çatır. Sıx əzələ lifləri arasında yerləşmiş sürfələr nisbətən kiçilmiş vəziyyətdə 5-8 mm, yumşaq parenximatoz orqanlarda isə 1,5 sm olur. Qovuq maye ilə dolu olur. Məhz bu vəziyyətdə parazitin inkişaf mərhələsi finna adlanır. Qovuğun divarı müəyyən nahi-yədə çökür. Çökmüş yerin iç səthində 4 sormacın rüşeym baş-lanğıcı və onları ara-sında nisbət dərinlikdə qarmağa malik tac yerləşir. Finna bu vəziyyətdə donuzun bədənində bir neçə il öz həyat qabiliyyətini saxlaya bilir. Finnanın sonrakı inkişafı üçün o, əsas sahibin bağırsaq sisteminə daxil olmalıdır. İnsan finnalı çiy və ya yaxşı bişməmiş ət yedikdə bağırsağa düşmüş ətdəki donuz soliterinin finnası həzm fermentinin təsirindən (xüsusilə qələvi mühitin təsirindən) əriyir və qovuqşəkilli finnadan baş hissə çıxıb bağırsağın selikli qişasına yapışır. Başın arxasında 1 -2 boyun buğumu və qovuq olur. Bu qovuq bir müddətdən sonra bədəndən ayrılaraq parçalanır. Boyun buğumlarının hesabına tədricən strobila formalaşaraq cinsi yetkinliyə çatır. Donuz soliterinin inkişafı üçün iki sahibin olması xarakterdir. Donuz soliteri üçün bəzən insan özü aralıq sahib ola bilər. Belə ki, yaxşı təmizlənməmiş qida məmulatları, yeyildikdə parazitin yumurtası insan tərəfindən udularsa, yoluxma aralıq sahibin yoluxması kimidir. Parazitin törətdiyi xəstəlik zamanı həzm sisteminin funksiyası aşağı düşür, qanazlığı, ümumi zəiflik, parazitin olduğu yerin ətrafında iltihab prosesi və intoksikasiya baş verir. Yoluxmanın ən ağır vəziyyəti gözün və mərkəzi sinir sisteminin sistoserklə yoluxması zamanı yaranır.

Donuz ətinin zərərləri barədə bir çoxumuz kifayət qədər bilirik. Sinqapur Sağlamlıq Korporasiyasının professoru Li Sey Fatta rəsmi bəyanatla çıxış edərək bildirib ki, donuz ətinin tərkibində çoxlu zəhər, helmintlər, onların yumurtaları, həmçinin gizli xəstəliklərin daşıyıcıları var. O qeyd edib ki, kiçik bir tikə çiy donuz əti qoyub üstünə "Coca-cola" tökün və bir qədər keçəndən sonra siz ətdən çıxan qurdları öz gözlərinizlə görəcəksiniz.[1]

İstinadlar

  1. http://atlasmed.az/40349812.html


license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Donuz soliteri: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Donuz soliteri (lat. Taenia solium) — lentşəkilli qurdların parazit növü. Donuz soliteri 1,5 - 2 metr olur. Keçid sahibi kimi donuzlar, itlər, dovşanlar, dəvələr olsalar da sonuncu sahibi ancaq insanlardır. İnsanlarda teniozsisteserkoz yaradır.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ