dcsimg
Image of Turkish Hazel
Creatures » » Plants » » Dicotyledons » » Birch Family »

Turkish Hazel

Corylus colurna L.

Ağacvari fındıq ( Azerbaijani )

provided by wikipedia AZ

Ağacvari fındıq (lat. Corylus colurna) — tozağacıkimilər fəsiləsinin fındıq cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir.

Təbii yayılması

Rusiya, Gürcüstan, İran, Kiçik Asiya və Balkan ölkələrində təbii arealı vardır. Azərbaycanda Lənkəran (İşхan çayı hövzəsində), Zaqatala rayonlarında və Qarabağda (Xoros çayı hövzəsi) dəniz səviyyəsindən 1200–1400 m yüksəkliklərdə yayılmışdır. Qarışıq meşələrdə karbonatlı torpaqlarda rast gəlinir.[1] [2] [3] [4]

Botaniki təsviri

Təbiətdə 15–25 m hündürlüyə çatan düz gövdəli bitki növüdür. Gövdəsinin qabığı açıq-boz, cavan zoğları açıq-qəhvəyi rəngdədir. Birillik zoğları seyrək tükcüklüdür. Şaxələrində altyarpaqlar qısa, ellipsvarı, iki cür mişardişlidir. Orta və üst yarpaqları enli-tərsinə yumurtavarı olub, dib tərəfləri dərin ürəkvarı, zəif dilimlidir, üst tərəfi yaşıl, alt tərəfi bozumtul-yaşıl, tüklüdür.[1] Yarpaqlar saplaqlar üzərindədir. Bunun cavan zoğları və yarpaq saplaqları qırmızımtıl tüklərlə örtülüdür. Yarpaqları geniş yumurtavarı və neştərşəkillidir. Yarpağın qaidəsi ürək şəklində оlub, ucu sivridir. Kənarları dişlidir və bəzən kiçik dilimlidir. Erkək çiçəkləri sırğaşəkilli çiçək qrupunda yerləşmişdir. Qonur-qırmızı rəngdədir. Qoz meyvəsi kiçikdir, meyvəsinin yan tərəfi azca basıqdır, küncləri vardır. Nadir hallarda meyvəsi yumru olur. Meyvəsinin 2-5 ədədi bir yerdə çanaqcıq içərisində olur, fındığın qabığı qəhvəyi rəngdə olub qalındır, ləpəsi xırdadır. Meyvələri çanaqcıqdan çox çətin ayrılır və bəzən də fındıqla birgə yerə tökülür. Çanaqcıq içərisində olan toxum (fındıq) çox az cücərir. Odur ki, təbii artımı zəif gedir. Ona görə də bu bitkiyə ağacvari fındıq adı verilmişdir. Meyvənin qaidə hissəsi böyükdür, şişkindir. Bitki dəniz səviyyəsindən 600–1700 m yüksəkliklərdə yayılmışdır.[1] [2]

Ekologiyası

Azərbaycanda yayılması

Azərbaycanın nadir, endemik bitki növüdür. Hirkan Milli parkı və Zaqatala Dövlət qoruğunda mühafizə edilir və Azərbaycanın "Qırmızı kitabı"na daxil edilmişdir. Zəruri qoruma tədbiri kimi yeni mühafizə sahələrinin yaradılması tövsiyə edilir.[3]

İstifadəsi

İstinadlar

  1. 1,0 1,1 1,2 Prilipko L.İ., 1961
  2. 2,0 2,1 Ахундов Г.Ф., 1972
  3. 3,0 3,1 Səfərov İ.S., Əsədov K.S., 1984
  4. Azərbaycan SSR-in Qırmızı kitabı; 1989

Məlumat mənbəsi

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Ağacvari fındıq: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Ağacvari fındıq (lat. Corylus colurna) — tozağacıkimilər fəsiləsinin fındıq cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ