Girdəyarpaq irqa (lat. Amelanchier rotundufolia)[1] - gülçiçəyikimilər fəsiləsinin irqa cinsinə aid bitki növü.[2]
Əsasən cənubi, şərqi, qərbi Avropada Şimali Belqiya, Şimali Afrikada, Ön Asiyada, Mərkəzi Almaniyada geniş yayılmışdır. Qafqazda təbii və mədəni halda rast gəlinir.
Hündürlüyü 1-4 metrə çatan, çox hündür olmayan, yarpağı tökülən ağacdır. Möhkəm kök sistemlinə malikdir, 30-40 sm dərinliyə gedir, hətta qayalıqların çatlamasına səbəb olur. Çətri açıq yaşıldan tünd çəhrayıya qədər dəyişir. Yarpağı yumurtavari 8-15 mm uzunluqdadır. Çiçəkləri aprel, may aylarında yarpaqlama ilə eyni vaxtda açır. Avqust, sentyabr aylarında qara, göy rəngdə 5-15 mm diametrində olan meyvəsi yetişir.
Dəniz səviyyəsindən 2000 metr hündürlükdə, günəşli ərazilərdə bitir. Qışda 40-500C şaxtaya dözür, havanın temperaturu müsbət 5-70C-də çiçəkləyir. Torpağın turşuluğuna davamlıdır.
Böyük, Kiçik Qafqaz və Naxçıvan MR təbi halda yayılmışdır.
XVI əsrdən bəzək bitkisi kimi parklarda, bağlarda, canlı çəpərlərin salınmasında, meyvəsinin şirin dadına görə isə kulinariyada istifadə edilir. Ondan cem, mürəbbə, kampot, çaxır hazırlanır. Tərkibində C vitamini, kumarin, zəhərli maddələr, flavanol, gümüş, qurğuşun, kobalt vardır. Meyvəsindən yarımvitaminlər hazırlanır ki bu da əsəb xəstəliklərində, yuxusuzluqda istifadə edilir. Qabığı və yarpaqları səhiyyədə istifadə edilir.
Girdəyarpaq irqa (lat. Amelanchier rotundufolia) - gülçiçəyikimilər fəsiləsinin irqa cinsinə aid bitki növü.