dcsimg

Engelman küknarı ( الأذرية )

المقدمة من wikipedia AZ

Engelman küknarı — hündürlüyü 30–50 m-ə qədər, gövdəsinin diametri 90 sm olan ağac. Vətəni Şimali Amerikadır.

Engelman küknarının çətiri möhkəm, piramida formalı, budaqları bir az sallaqdır. Uzunömürlüdür, 300-400 il yaşayır. İynəyarpaqları göyümtül, ucu biz, yumşaq, zoğlarda 10-15 il, mədəni şəraitdə 7-8 il qalır. Qabığı cavan yaşda qırmızı-qonur, sonradan açıq-qonur rəngdə olur. Dekorativ cəhətdən iynəli küknardan bir az aşağıdır. Qışa davamlıdır. Mədəni şəraitdə 1862-ci ildən becərilir. Xiyabanlarda, şəhərin küçələrində və meydanlarında, xiyaban əkinlərində tək və ya kiçik qruplarla əkilməsi məsləhətdir.

"Qlauca", Göyümtül (“Glauca”). Hündürlüyü 20–40 m, konusvarı çətirli, budaqlarının üfüqi yarusluğu dəqiq olmayan ağacdır. İynəyarpaqları az iynəli, elastik, göyümtül-mavi olur, dəqiq rəngi erkən yazda bilinir. Qışda iynəyarpaqları dekorativdir. Tez böyüyür. Qışadavamlıdır. Toxumlarla, qələmlərlə, calaqla çoxalır. 1874-cü ildən mədəni şəraitdə becərilir. Digər formalardan aşağıdakılar məlumdur: gümüşü (f. argentea)-gümüşü iynəyarpaqlıdır; mavi, salalq (f. glauca pendula)-iynəyarpaqları boz-mavi, çətiri salalq, əsas budaqları çox sallaqdır; Fendler (f. Fendleri)-iynəyarpaqları gümüşü, nazik və uzun (2,8 m-ə qədər), sallaq formadır; xırda iynəyarpaqlı (f. microphilla)-şarşəkilli, cırtdan formadır. Kölgəyədavamlıdır, ancaq çox işıqda yaxşı inkişaf edir. Torpağın məhsuldarlığına və havanın nəmişliyinə tələbkardır. Kontinental iqlimə və bir az bataqlaşmaya dözür. Havanın çirklənməsindən əziyyət çəkir və ilk növbədə iynəyarpaqların tez tökülməsinə səbəb olur. Cavan yaşda zəif böyüyür. Küknarlar digər iynəyarpaqlılara nisbətən köçürülməni yaxşı keçirir, əsas kökü öz böyüməsini tez başa çatdırır, yan kökləri üstə yerləşən kök sistemi əmələ gətirir.

Toxumlarla, bağ formaları qələmlərlə və bəzən calaqla çoxalır. Abşeron da bəzi həyətyanı sahələrdə, bağlarda tez-tez rast gəlinir. Böyük bağlarda tək əkilir, qrup və alleya əkinlərində məsləhət görülür.

Məlumat mənbələri:

Деревья и кустарники СССР. т.3.1954; Флора Азербайджана. т.5. 1954; Azərbaycanın ağac və kolları. III cild. 1970; Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996; Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.

İstinadlar

  1. “Azərbaycan dendraflorasi” I cild, Baki, “Elm”, 2011, 312 səh.

Mənbə

ترخيص
cc-by-sa-3.0
حقوق النشر
Vikipediya müəllifləri və redaktorları
النص الأصلي
زيارة المصدر
موقع الشريك
wikipedia AZ

Engelman küknarı: Brief Summary ( الأذرية )