dcsimg

Nəhəng şimal fırtınaquşu ( Azerice )

wikipedia AZ tarafından sağlandı

Nəhəng Şimal fırtınaquşu[1] (lat. Macronectes halli) — olduqca iri, yırtıcı, dəniz quşu. Fırtınaquşukimilər dəstəsinə (Procellariiformes), Fırtınaquşular fəsiləsinə (Procellariidae) daxil olan növ. Növ Avstraliyalı Qreqori Metyuson (ing. Gregory Mathews, 1876—1949) tərəfindən 1912 ildə qeydə alınmışdır. Nəhəng fırtınaquşu (Macronectes) cinsinə daxil olan iki növdən biridir.

Əsasən Cənub okeanının Antarktida haqqında konvensiyada nəzərdə tutulan ərazidən şimalda yaşayır. Böyük mənada Nəhəng cənub fırtınaquşunun arealı ilə kəsişsədə nisbətən şimalda belə görülür,

Xüdusiyyətləri

Macronectes halli -Cooper Bay, South Georgia, British Overseas Territories, UK-8.jpg

Nəhəng cənub fırtınaquşu ilə birlikdə öz fəsiləsinin ən iri quşlarıdır. Cənubi Georgiya ərazisində yuxa quran quşların dimdiyi 85–100 mm, qanadı 482–564 mm. Gözün ətrafı yetkin quşlarda parlaq-boz, yaşımtəl, cavan fərdlərdə qəhvəyi olur. Yetkin fərdlərin bədəni tünd-boz, ön hissə isə ağımtıl olur. Hələ yetkinləşməmiş fərdlərdə isə nisbətən tünddür[1].

Yayılması

Bu növün nümayyəndələrinə Cənub okeanının cənun və şimal sərhədləri daxilində, Atlantik okeanın cənubu, SakitHind okeanının mülayim və subtropik qurşaqlarına qədər olan ərazilərdə belə görmək olur. Üstəlik Avstraliya cənubu, ÇiliArgentinanın şimal sularında belə görünürlər. Onlar əsasən Cənubi Georgi adasında yayılmışlar. Burada ümumi sayları 4500 çütdür. Çatem adası, Kroze adaları, KergelenMakkuori adası əsas areallardandır. Arealın ümumi sahəsi 82 600 000 km²-dir (31 900 000 mil²)[2].

İstinadlar

  1. 1,0 1,1 Онли Д., Бартл С. (1999): Определение видов морских птиц, обитающих в Южном океане. Справочник для научных наблюдателей, находящихся на борту рыболовных судов. Музей Новой Зеландии Те Папа Тонгарева. Веллингтон: Те Папа Пресс. 85 с.
  2. Northern Giant-petrel Macronectes halli. BirdLife International: (2013). Проверено 24 июля 2013

Mənbə

lisans
cc-by-sa-3.0
telif hakkı
Vikipediya müəllifləri və redaktorları
orijinal
kaynağı ziyaret et
ortak site
wikipedia AZ

Nəhəng şimal fırtınaquşu: Brief Summary ( Azerice )

wikipedia AZ tarafından sağlandı

Nəhəng Şimal fırtınaquşu (lat. Macronectes halli) — olduqca iri, yırtıcı, dəniz quşu. Fırtınaquşukimilər dəstəsinə (Procellariiformes), Fırtınaquşular fəsiləsinə (Procellariidae) daxil olan növ. Növ Avstraliyalı Qreqori Metyuson (ing. Gregory Mathews, 1876—1949) tərəfindən 1912 ildə qeydə alınmışdır. Nəhəng fırtınaquşu (Macronectes) cinsinə daxil olan iki növdən biridir.

Əsasən Cənub okeanının Antarktida haqqında konvensiyada nəzərdə tutulan ərazidən şimalda yaşayır. Böyük mənada Nəhəng cənub fırtınaquşunun arealı ilə kəsişsədə nisbətən şimalda belə görülür,

lisans
cc-by-sa-3.0
telif hakkı
Vikipediya müəllifləri və redaktorları
orijinal
kaynağı ziyaret et
ortak site
wikipedia AZ