dcsimg

Avisen gürzəsi ( Azerice )

wikipedia AZ tarafından sağlandı

Avisen gürzəsi (lat. Cerastes vipera) — Buynuzlu gürzələr cinsinə daxil olan zəhərli ilan növü. Yarımnövlərə ayrılmır.

Təsviri

Bu növün ümumi uzunluğu 50 sm təşkil edir. Başları enli və düz, bədənləri isə kökdür. Göz ətrafında buynuzvarı pulcuqlara sahib deyildir. Bədəninin yan hissələrində olan pulcuqlar xırdadır. Bədəninin ümumi rəngi qumlu-qonurdur. Quyruğunun sonu qara rəngdədir.

Ekologiya

Ədsasən qumlu səhralarda yaşayır. Gecə vaxtı aktiv olur. Kiçik kərtənkələr və gəmiriçilərlə qidalanır. Qoruma və ya ov zamanı «yan vuruş», quma «dalma» hərəkətləri edir. Yumurta qoymaqla çoxalır. Dişi 3—5 arası yumurta qoyur. Zəhəri kifayət qədər təhlükəlidir.

Yayılması

Afrikanın şimalında Qərbi Saxara, Mavritaniya, Cənubi Mərakeş, Əlcəzair, Tunis, Şimali Niger, Mali, Çad, Misir, İsrail, İordaniyaSəudiyyə Ərəbistanı[1] kimi ərazilərdə yaılmışdır.

İstinadlar

  1. Snakes of the World: A Catalogue of Living and Extinct Species. CRC Press. 2014. 153–154. ISBN 978-1-4822-0848-1. Unknown parameter |allpages= ignored (kömək); |first= missing |last= (kömək)

Ədəbiyyat

  • Boulenger GA. 1896. Catalogue of the Snakes in the British Museum (Natural History). Volume III., Containing the...Viperidæ. London: Trustees of the British Museum (Natural History). (Taylor and Francis, printers). xiv + 727 pp. + Plates I.- XXV. (Cerastes vipera, pp. 503–504).
  • Joger, Uhlrich. 1984. The Venomous Snakes of the Near and Middle East. Beihefte zum Tübinger Atlas des Vorderen Orients, A, 12. Wiesbaden: Dr. Ludwig Reichert Verlag. 115 pp. ISBN 3882261994.
  • Linnaeus C. 1758. Systema naturæ per regna tria naturæ, secundum classes, ordines, genera, species, cum characteribus, diferentiis, synonymis, locis. Tomus I. Editio Decima, Reformata. Stockholm: L. Salvius. 824 pp. (Coluber vipera, p. 216).
  • Schnurrenberger, Hans. 1959. Observations on Behavior in Two Libyan Species of Viperine Snakes. Herpetologica 15 (2): 70-72. (Aspis vipera).
  • Subach, A, Scharf, I & Ovadia, O. 2009. Foraging behavior and predation success of the sand viper (Cerastes vipera). Canadian Journal of Zoology 87: 520-528. PDF
lisans
cc-by-sa-3.0
telif hakkı
Vikipediya müəllifləri və redaktorları
orijinal
kaynağı ziyaret et
ortak site
wikipedia AZ

Avisen gürzəsi: Brief Summary ( Azerice )

wikipedia AZ tarafından sağlandı

Avisen gürzəsi (lat. Cerastes vipera) — Buynuzlu gürzələr cinsinə daxil olan zəhərli ilan növü. Yarımnövlərə ayrılmır.

lisans
cc-by-sa-3.0
telif hakkı
Vikipediya müəllifləri və redaktorları
orijinal
kaynağı ziyaret et
ortak site
wikipedia AZ