Qara qamçılıca (lat. Asplenium adiantum-nigrum) — hündürlüyü 8-45 sm olan bitkidir. Qurumuş yarpaqların saplaqlarının qalıqlarını üzərində daşıyan kökümsovu qısadır [1].
Yarpaqları görünüşünə görə neştərvari və ya üçkünc-ovaldır, sivriləşmiş və parlaqdır. Yarpağın saplağı dairəvi və ya şırımlıdır, yuxarı hissəsi yaşılımtıl və yaxud qırmızımtıl-qonur, aşağı hissəsi qara və ya qırmızımtıl-qara rəngdədir. Birinci cərgənin seqmentləri uzanmış-oval, pazşəkillidir, saplaq üzərindədir, ikinci cərgənin seqmentləri isə uzunsov-ovaldır, qaidə hissəsi pazşəkilli, axırıncı dilimləri sivri-dişlidir.
Sporları xətvaridir, örtükləri tamkənarlıdır.
İyul-Avqust
BQ (Quba), BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi, Lənk. dağ., Lənk. oval. Aşağı və orta dağ qurşaqlarında, əsasən meşə zonalarında.
Meşələrdə, daşlı yerlərdə, yamaclarda rast gəlinir.
Qara qamçılıca (lat. Asplenium adiantum-nigrum) — hündürlüyü 8-45 sm olan bitkidir. Qurumuş yarpaqların saplaqlarının qalıqlarını üzərində daşıyan kökümsovu qısadır .