Şərq başlıqotu (lat. Scutellaria orientalis)[1] — başlıqotu cinsinə aid bitki növü.[2] Hündürlüyü 25-30 sm-ə qədər olan, gövdəsiçoxsaylı, əsasında qalxan və ya aşağı hissədən yayılmış, bəzən düzdür, qısa sıx tüklü yarımkol ot bitkisidir.
Yarpaqları saplaqlıdır, uzunluğu 4-20 mm, eni 4-15 mm-dir, yumurtaşəkilli, yumurtaşəkilli-üçbucaq və ya uzunsovyumurtaşəkillidir, uzunsov formaya qədər dəyişir, qaidə hissəsində kəsilmiş və ya zəif ürəkşəkillidir, kənarları qismən dərin, bəzən çox dərin dairəvi dişlidir, oval, uzunsov bəzən demək olar ki, xətvari dişlidir, üst tərəfdən tündyaşıl rəngli, səpələnmiş qısa və basıq xırda tüklü və ya demək olar ki, çılpaqdır, alt tərəfdən nazik basıq ağ keçə tüklü və ya ağımtıldır.
Çiçək qrupu 5-6 sm-ə qədər uzunluqdadır, sıx və yaxud seyrəkdir. Tac iridir, uzunluğu 2,5-3 sm-dir, parlaq-sarı rəngdədir, xaricdən tüklü, bəzən çılpaqdır.
Fındıqcalar 1,5 mm uzunluqdadır, yumurtaşəkilli və ağımtıldır. Çiçəkləməsi (Aprel) May-İyul aylarında baş verir. İyul-sentyabr aylarıda meyvə verir.
Azərbaycanda yayılması: BQ (Quba–cənub-şərqdə), BQ şərq, BQ qərb, Qobustan, Abşeron, Kür düz. Aşağı dağ qurşağından, orta, bəzən yuxarı dağ qurşağına qədər.
Quru gilli və daşlı yamaclarda, qayalarda və töküntü yerlərdə, meşələrdə və kolluqlarda, otlaqlarda, çayın quru yatağında, bəzən bağlarda və əkin sahələrinin kənarlarında rast gəlinir.
Quraqlığa davamlı dekorativ bitkidir.
Şərq başlıqotu (lat. Scutellaria orientalis) — başlıqotu cinsinə aid bitki növü. Hündürlüyü 25-30 sm-ə qədər olan, gövdəsiçoxsaylı, əsasında qalxan və ya aşağı hissədən yayılmış, bəzən düzdür, qısa sıx tüklü yarımkol ot bitkisidir.