dcsimg

Dağ ayıdöşəyi ( Azerbaijani )

provided by wikipedia AZ

Dağ ayıdöşəyi - (lat. Oreopteris limbosperma (All.) Holub et Pouzar.) - Telipteriskimilər – (Thelypteridacaea Pichi Sermolli.) fəsiləsinə aid bitki növüdür.[1]

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Məlumat azlığı” kateqoriyasın aiddir – DD. Azərbaycanın nadir növüdür. [2]

Qısa morfoloji təsviri

Çoxillik bitkidir. Kökümsovu qalın, qısa və şaqulidir. Yarpaqları qısa saplaqlı, uzunsov-lansetvari, qaidədə daralan, kənarları bütöv və ya əyri-üyrüdür; birinci sıranın seqmentləri lansetşəkillidir, ucu itiləşmiş, uzanmış dilciklərə bölünmüşdür. Soruslar meyvə verən damarların təpə hissəsində yerləşir. Sporlar qonur rəngdə, böyrəkşəkilli-oval, kənarları xırda daraqvaridir; örtükləri tez tökülən və vəzilidir.[3] [4]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

Sporların yetişmə dövrü iyul-sentyabr aylarına təsadüf edir. Mezofitdir. Aşağı dağ qurşağından yuxarı dağ qurşağına kimi,kölgəli, yarpaqlı ağac meşələrində bitir. [3] [5]

Yayılması

Kiçik Qafqazın şimal rayonları (Murovdağ ərazisində meşələrdə az rast gəlinir). [3] [4] [6]

Məhdudlaşdırıcı amillər

Antropogen amillərin təsirinə məruz qalır.

Mühafizə tədbirləri

Populyasiyalarının nəzarətə götürülməsi və mütəmadi monitorinqlərin aparılması vacibdir.

Sinonimlər

Dryopteris limbosperma (All.) Bech.

Dryopteris oreopteris (Ehrh.) Maxon

Lastrea limbosperma (All.) Ching

Lastrea limbosperma (All.) Holub

Lastrea limbosperma (All.) Heywood

Thelypteris limbosperma (All.) H.P. Fuchs

Thelypteris oreopteris (Ehrh.) Sloss.

Polypodium limbospermum All.

Polypodium oreopteris Ehrh.

İstinadlar

  1. Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri. II nəşr. Bakı-2013.
  2. http://redbook.az/?options=project&id=Da%C4%9F%20ay%C4%B1d%C3%B6%C5%9F%C9%99yi
  3. 3,0 3,1 3,2 Флора Азербайджана, 1950
  4. 4,0 4,1 Əsgərov A.M., 2005
  5. Аскеров А.М., 2001
  6. Əsgərov A.M., V.N. Kərimov, 2013
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Dağ ayıdöşəyi: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Dağ ayıdöşəyi - (lat. Oreopteris limbosperma (All.) Holub et Pouzar.) - Telipteriskimilər – (Thelypteridacaea Pichi Sermolli.) fəsiləsinə aid bitki növüdür.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Məlumat azlığı” kateqoriyasın aiddir – DD. Azərbaycanın nadir növüdür.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ