dcsimg

Mığmığabalıq ( Azerbaijani )

provided by wikipedia AZ

Mığmığabalıq yaxud Missisipi qambuziyası (lat. Gambusia affinis) — Çəkidişkimilər dəstəsinin hambuziyalar fəsiləsinə aid balıq növü.

Morfoloji əlamətləri

Ağzını yalnız Çənələrarası sümükər haşiyələyir. Üzgəcləri yumşaqdır. Yan xətti yoxdur. Kiçik ölçülü (30 sm-dək), kütləsi 3 q-a qədər olan sümüklü balıqlardır. Dişləri konus və ya qıl şəklindədir. Quyruq gövdəsinin alt kənarı girdələnmiş və burada pulcuqların orta sırası uzanmışdır. Bunların erkəklərində anal üzgəcin ön şüaları cinsi əlaqə üzvünə çevrilmişdir.

Yayılması

Cənubi Amerika şirin su diridoğan balığı əvvəlcə Avropada, sonra isə başqa regionlarda, o sıradan Azərbaycanda iqlimləşdirilmişdir. Qambuziyanı bizim su hövzələrində intensiv məskunlaşdırılması 1933-1934-cü illərə təsadüf edir. Hazırda o, cənubda Astaradan, şimal-şərqdə Xaçmaza qədər qeydə alınır. Lənkəran təbii vilayətinin düzənlik sularında, o sıradan Kiçik Qızılağac körfəzində və Böyük körfəzin şirinləşmiş hissəsində çoxsaylıdır.

Yaşayış yeri və həyat tərzi

Qida baxımından plastik balıq olsa da hərşeyyeyən deyil. Yazda balıq kürüsü və körpələri, yayda xərçəngkimilər, su böcəkləri, ikiqanadlıların sürfələri və pupları, xırda ikitaylı qarınayaqlı ilbizlər, qammaridlər və b., eləcə də bentik yemlə payızda xərçəngkimilər, xırda su cücüləri, üzərgərlər, taxtabitilər və b., qışda isə xərçəngkimilər, cücü sürfələri, ibtidailərlə qidalanır. 200-dən artıq temperaturda daha intensiv qidalanması müşahidə olunur.

Çoxalması

Diridoğandır, çox sürətlə artır. Doğulmuş balalar özləri bir aydan sonra nəsil verir. Çoxalması apreldən noyabra qədər davam edir. Əlverişli şəraitdə bu müddət ərzində 7 dəfə nəsil verə bilir, çox dözümlüdür, 41,50 istilikdə, 20% və duzluqda yaşaya bilir.

Təsərrüfat əhəmiyyəti

Malyariya ağcaqanadının sürfə və puplarını məhv etdiyindən malyariya ilə mübarizə üçün iqlimləşdirlmişdir. İndi malyariya ilə bioloji mübarizədə ehtiyac olmadığından bu balıq bizim sularda zərərli hesab edilir, onun digər balıq körpəsi və kürüsünü yediyi bildirilir.[1]

Həmçinin bax

Çəkidişkimilər

Xarici keçidlər

Сазан в питомнике

Ədəbiyyat

  1. Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s 157.
  2. Abbasov H.S ,Hacıyev R.V.İxtiologiya. Bakı, 2007, s 267.
  3. Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 190 s.
  4. Чугунова Н.И., Егерман Ф.Ф. Морской судак // Бюлл. Всекасп. науч. рыбохоз. экспедиции. № 5 - 6, 1932, с. 90 - 93;
  5. Казанчеев Е.Н. Рыбы Каспийского моря. Москва, «Легкая и пищевая промышленность» 1981, с.122 - 123;
  6. Кулиев З.М. Морфобиологические особенности морского судака Каспийского моря // «Вопросы ихтиологии». Москва, 1981, № 21, с. 816 - 822.

İstinadlar

  1. Abbasov H.S ,Hacıyev R.V.İxtiologiya. Bakı, 2007, s 267.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Mığmığabalıq: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Mığmığabalıq yaxud Missisipi qambuziyası (lat. Gambusia affinis) — Çəkidişkimilər dəstəsinin hambuziyalar fəsiləsinə aid balıq növü.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ