dcsimg
Image of cloudberry
Creatures »

Eukaryotes

Eukaryota

Nüvəlilər ( Azerbaijani )

provided by wikipedia AZ
Nüvəlilər
Endomembrane system diagram en.svg
Endomembran sistemi və onun komponentləri
Elmi təsnifat Təsnifat: Orqanizmlər
Aləmüstü: Eukariotlar Latınca adı Eucaryota Aləmi Vikinövlərdə mövzu üzrə səhifə var. Bu mövzu üzrə Vikimedia Commonsda səhifə var.
 src=
Tipik heyvan hüceyrəsinin diaqramı. Qeyd olunmuşlar orqanoidlərdir. 1. Nüvəcik 2. Nüvə 3. Ribosom 4. Vezikula 5. Dənəvər endoplazmatik retikulum 6. Holci aparatı 7. Hüceyrə divarcığı 8. Hamar endoplazmatik retikulum 9. Mitoxondriya 10. Vakuol 11. Hialoplazma 12. Lizosoma 13. Hüceyrə mərkəzi

Eukariotlar və ya Nüvəlilər (lat. Eucaryota yun. εύ- — yaxşı və κάρυον — nüvə) — Hüceyrələrində nüvə olan canlı orqanizmlərin domeni (aləmüstü). BakteriyalarArxeyalardan başqa bütün orqanizmlər nüvəlidir.

İşıq-optiki və elektron mikroskopları vasitəsilə müxtəlif bir və çoxhüceyrəli orqanizmlərin tədqiqi göstərmişdir ki, hüceyrələr öz quruluşlarına görə iki qrupa bölünürlər.

Bir qrup – bakteriyalar və goy-yaşıl yosunlar təşkil edirlər. Bu orqanizmlər nisbətən sadə hüceyrə quruluşuna malik olurlar. Bunları prokariot (nüvəsiz) adlandırırlar, çünki onlarda formalaşmış nüvə (yunanca "karyon"-nüvə) və həm də orqanella və ya orqanoid adlanan bir çox quruluşlar yoxdur. Digər qrupa bütün yerdə qalan orqanizmlər, birhüceyrəli göy-yaşıl yosunlardan və ibtidailərdən başlamış ali çiçəkli bitkilər, məməlilər, o cümlədən insan aiddir. Onların hüceyrələri mürəkkəb olub nüvəli eurokariot adlanır.Bu hüceyrələr nüvəyə və spesifik funksiyaları yerinə yetirən orqanellalara malik olurlar.

Prokariot hüceyrələr tək hüceyrə membranına malik olan xırda və sadə quruluşlu hüceyrələrdir. Onların orta ölçüsü 5 mkm olur. Onlarda, adətən, membran quruluşuna malik orqanellalar yoxdur, məs., mitoxondirilər və endoplazmatik tordakı kimi. Hüceyrə nüvəsinin əvəzinə onun ekvivalenti (nukleoid) olur ki, bu da sıx spiral şəkilində burulmuş yeganə bir DNT molekulundan ibarətdir. Bundan başqa bakteriyalar eukariotların nüvə xarici DNT- lərinə oxşar xırda plazmid formalı DNT-lərdən ibarət ola bilir. Fotosintez qabiliyyətinə malik olan prokariot hüceyrələrdə (göy-yaşıl yosunlar, yaşıl və al-qırmızı bakteriyalar) membranların müxtəlif iri qabarıqları tilakoidlər vardır. Bunlar öz funksiyalarına görə eurokariotların plastidlərinə uyğundurlar. Bu tilakoidlər funksional cəhətdən mitoxondiriləri əvəz edirlər. Prokariotlar yer üzündə maddə enerjinin bioloji çevrilmələrində mühüm rol oynayırlar. Fotosintezedici bakteriyalar günəş enerjisini udaraq onu karbohidratların və hüceyrələrin digər komponentlərinin sintezi üçün istifadə edilir ki, bunlar da öz növbəsində digər orqanizmlər üçün qida kimi istifadə edilir. Bəzi bakteriyalar atmosferdən molekulyar azotu fiksə edərək bioloji faydalı azottərkibli birləşmələr əmələ gətirirlər.

Çox güman ki, prokariotlar bioloji tekamül prosesində eukariotlardan əvvəl əmələ gəlmişlər.

Eukariot hüceyrələr prokariotlara nisbətən daha iri və mürəkkəbdirlər. Eukariot hüceyrələrin orta ölçüsü 13 mkm-ə yaxındır.Onların həcmləri prokariot hüceyrələrin həcmindən 1000-10000 dəfə böyük olur. Hüceyrə daxili membranlarla müxtəlif kompartmentlərə ayrılmışdır. Orqanoidlərin üç növü: hüceyrə nüvəsi, mitoxondriya və plastidlər protoplazmadan iki membrandan ibarət qişa ilə ayrılmışdır.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Nüvəlilər: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ
 src= Tipik heyvan hüceyrəsinin diaqramı. Qeyd olunmuşlar orqanoidlərdir. 1. Nüvəcik 2. Nüvə 3. Ribosom 4. Vezikula 5. Dənəvər endoplazmatik retikulum 6. Holci aparatı 7. Hüceyrə divarcığı 8. Hamar endoplazmatik retikulum 9. Mitoxondriya 10. Vakuol 11. Hialoplazma 12. Lizosoma 13. Hüceyrə mərkəzi