dcsimg

İyli qәrәnfil ( азерски )

добавил wikipedia AZ

İyli qәrәnfil (lat. Dianthus fraqrans Adams) — Hündürlüyü (6) 20-35 (43) sm, gövdəsi kökümsovundan çoxsaylıdır, düz və ya buğumlu az əyilib qalxan, aşağı hissədə kələ-kötür və ya çılpaq, nadir halda budaqlanan çoxillik yaşıl ot bitkisidir [1].

Yarpaq

Yarpaqları qısadır, gövdə yarpaqları buğumarasından qısadır, dar xətvaridir, eni 1,5 mm-dir, sivriləşmişdir, kənarları kələ-kötürdür.

Çiçək

Çiçəkləri gövdə və budaqların uc hissəsində adətən təkdir. Çiçəkaltlığı pulcuqları (2) 3-4 cütdür, qalın dərili, ağımtıl, uzunsovəksinəyumurtaşəkilli və ya uzanmış-elliptikdir, yuxarıya doğru daralmış və ya küt qısa və ya daha uzun sivri ucludur. Ləçəklərin ayası ağ bəzən çəhrayıtəhər, uzunluğu 8-12 mm, enli əksinəyumurtaşəkillidir, bayır kənarı saçaqlı olub, ayanın uzunluğunun 1/3 hissəsinə çatan xətvari dişlidir.

Çiçəkləməsi

İyun-Avqust

Meyvə verməsi

Avqust-Sentyabr

Azərbaycanda yayılması

BQ (Quba), Qobustan, BQ şərq, BQ qərb, KQ şimal (Hacıkənd.) yuxarı meşə qurşağından subalp qurşağına qədər.

Yaşayış mühiti

Quru gilli yamaclarda və qayalarda, otlu yamaclarda, subalp düzənliyində rast gəlinir.

Mənbə

  1. Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016
лиценца
cc-by-sa-3.0
авторски права
Vikipediya müəllifləri və redaktorları
изворно
посети извор
соработничко мреж. место
wikipedia AZ

İyli qәrәnfil: Brief Summary ( азерски )

добавил wikipedia AZ

İyli qәrәnfil (lat. Dianthus fraqrans Adams) — Hündürlüyü (6) 20-35 (43) sm, gövdəsi kökümsovundan çoxsaylıdır, düz və ya buğumlu az əyilib qalxan, aşağı hissədə kələ-kötür və ya çılpaq, nadir halda budaqlanan çoxillik yaşıl ot bitkisidir .

лиценца
cc-by-sa-3.0
авторски права
Vikipediya müəllifləri və redaktorları
изворно
посети извор
соработничко мреж. место
wikipedia AZ