dcsimg

Şirin hoveniya ( азерски )

добавил wikipedia AZ


Təbii yayılması

Vətəni Yaponiya, Şərqi Çin, Koreya, Himalaydır.

Botaniki təsviri

Hündürlüyü 10-20 m-dək olan ağacdır. Hoveniyanın yarpaqları növbəli, yumurtavari və ürəkvari-yumurtavaridir. Ağ çiçəkləri çətirvari formada olub, yarpaq qoltuğunda və ya zoğun ucunda yerləşir. Şaxələnmiş çətiri, böyük, parlaq, tünd yaşıl yarpaqları, xırda, açıq sarı çiçək salxımları bitkiyə çox dekorativ görünüş verir. İyulda çiçəkləyir. Quru, çəyirdəkli meyvələri ətli meyvə saplaqlarının ucundan çıxır. Hoveniya toxum və qələmlərlə çoxalır. Soyuq oranjereyalarda becərilməsi mümkündür.


Ekologiyası

Dəniz səviyyəsindən 2000 m hündürlükdə, gillicə və ya rütubətli, qumlu torpaqlarda bitir.

Azərbaycanda yayılması

Abşeronda, Qəbələdə, Sumqayıtda, Lənkəranda park və bağlarda mədəni şəraitdə becərilir.

İstifadəsi

Respublikamızda dekorativ bitki kimi becərilir. Şirin, ətirli meyvə saplaqları yeməlidir və dadına görə turş kişmişə bənzəyir. Ona görə konfet ağacını “yapon kişmiş ağacı”da adlandırırlar. Qurudulmuş halda meyvə saplaqları kişmiş kimi istifadə edilə bilər.

Məlumat mənbəsi

  1. Tofiq Məmmədov (botanik) "Azərbaycan Dendroflorası IV cild": Bakı: "Elm"-2018. http://dendrologiya.az/?page_id=112
  2. Azərbaycanın ağac və kolları. Bakı: Azərb.SSR EA-nın nəşriyyatı, 1964, 220 s.
  3. Əsgərov A.M. Azərbaycanın ali bitkiləri.Azərbaycanın florasının konspekti II cild. Bakı: Elm, 2006,283 s.
  4. Talıbov T.H.,İbrahimov Ə.Ş.Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri. Naxçıvan:Əcəmi,2008,350s.
  5. Гроссгейм А.А. Флора Кавказа. Баку: Аз. ФАН, 1939, т.1.401с.
  6. Гроссгейм А.А. Флора Кавказа. Баку: Аз. ФАН, 1962 т.6.378с.
  7. Дерувья и кустарники СССР.М.Л.: АН СССР, 1960 Т.5.543с.
  8. "Abşeronun ağac və kolları".Bakı: "Elm və təhsil", 2010.
  9. "Azərbaycan Dendroflorası IV cild": Bakı: "Elm"-2018.
лиценца
cc-by-sa-3.0
авторски права
Vikipediya müəllifləri və redaktorları
изворно
посети извор
соработничко мреж. место
wikipedia AZ