Qafqaz xәndәkotu (lat. Symphytum caucasicum) — hündürlüyü 30-60 sm, gövdəsi düz, azbudaqlanan, yumşaq tüklü çoxillik ot bitkisidir. Uzun qalınlaşmış kökləri və qısa milşəkilli kökümsovları vardır [1].
Gövdə yarpaqları yumurtaşəkilli və yaxud uzunsovdur, aşağı yarpaqları qismən uzun saplaq üzərindədir, küttəhərdir, orta yarpaqları qısa enli və ya demək olar ki, oturaqdır, enli neştərvari və ya uzanmış elliptik şəkildədir, sivriləşmişdir, kənarları qeyri-müəyyən xırda dişlidir, uzunluğu 5-10 sm, eni 2-4 sm-dir, alt tərəfdən bozumtul və məxmər kimidir, üst tərəfdən az tüklüdür.
Qıvrımlar azçiçəklidir, yarpaqsızdır. Meyvə saplağı əyilən olub, uzunluğu 3-5 mmdir. Tac mavi rəngdədir.
Fındıqların uzunluğu 3-3,5 mm-dir, uzunsov, demək olar ki, düzdür, qeyribərabəryanlıdır, nazik torvari qırışlı və az qabarıqdır.
May-İyun
İyun-İyul
Azərbaycanın bütün rayonlarında, Kür-Araz ovalığından başqa. Qobustan, Abşeron, Xəzəryanı, Lənk., Muğ. Ovalıqdan orta və subalp qurşağına qədər.
Meşə kənarında, meşələrdə, kolluqlarda, bağlarda, dağ çəmənlərində, çay sahilində, yol kənarında, alaqlı yerlərdə rast gəlinir.
Qafqaz xәndәkotu (lat. Symphytum caucasicum) — hündürlüyü 30-60 sm, gövdəsi düz, azbudaqlanan, yumşaq tüklü çoxillik ot bitkisidir. Uzun qalınlaşmış kökləri və qısa milşəkilli kökümsovları vardır .