dcsimg

Noaea mucronata ( азерски )

добавил wikipedia AZ

Noaea mucronata (lat. Noaea mucronata) — pəncərkimilər fəsiləsinin noaea cinsinə aid bitki növü.

Təbii yayılması

İran və Naxçıvanda təsvir edilmişdir.

Botaniki təsviri

Hündürlüyü 15-40 sm olan şaxəli budaqlanmış yarımkolcuqdur. Gövdələri açıq-boz qabıqlı, qıvrılandır. Aşağı hissəsi odunlaşmışdır. Cavan zoğları sarımtıl, çox hallarda tüklüdür. Yarpaqları bizvari, uzunluğu 3–7 mm-dir. Çiçəkləri sünbülvari çiçək qrupunda yerləşir. İyun ayında çiçəkləyir. Meyvələri qanadlı, sarı və ya narıncı rənglidir, sonra qaralır, üç qanad digərlərindən iri, böyrək şəkillidir. Meyvəsi oktyabr ayında olur.

Ekologiyası

Şoranlaşmış torpaqlarda və şorakətləşmiş gilli yamaclarda rast gəlinir.

Azərbaycanda yayılması

Naxçıvan düzündə (Naxçıvan, Ordubad), daşlı yamaclarda təbii halda bitir.

İstifadəsi

Tərkibində alkaloidlər vardır. Yaşıllaşdırmada istifadəsi öyrənilməmişdir.

Ədəbiyyat

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.
лиценца
cc-by-sa-3.0
авторски права
Vikipediya müəllifləri və redaktorları
изворно
посети извор
соработничко мреж. место
wikipedia AZ

Noaea mucronata: Brief Summary ( азерски )

добавил wikipedia AZ

Noaea mucronata (lat. Noaea mucronata) — pəncərkimilər fəsiləsinin noaea cinsinə aid bitki növü.

лиценца
cc-by-sa-3.0
авторски права
Vikipediya müəllifləri və redaktorları
изворно
посети извор
соработничко мреж. место
wikipedia AZ