dcsimg

Fedçenko kəklikotu ( азерски )

добавил wikipedia AZ

Ümumi yayılması:

Qafqaz.

Azərbaycanda yayılması:

Ancaq, Azərbaycan daxilində Kiçik Qafqazda bitir.

Statusu:

Azərbaycanın nadir bitkisidir .CR B1ab(i,ii,iii,iv,v).

Bitdiyi yer:

Yuxarı dağ zolağında daşlıq yamaclarında bitir.

Təbii ehtiyyatı:

Azərbaycanda arealı dardır.

Bioloji xüsusiyyətləri:

Qısa, sürünən zoğları olan, çox alçaq yarımkolcuq-dur. Çiçək saplaqlı budaqları nazik, hündürlüyü 3-7 sm, sıx və çox qısa tükcüklüdür. Yarpaqları saplaqlarda, qalıntəhər, təxminən eyni ölçülü, yumurtavari, uzunluğu 4-5 mm, eni 2,5-3 mm, çılpaq, sıx nöqtəli-vəzicikli, kənarları uzun tükcüklüdür; yan damarcıqları iki cüt, qalındır. Çiçək qrupu başcıqlıdır. Çiçək saplaqları qısa tükcüklüdür. Kasacığın uzunluğu 3,5-4 mm, zəngvari, üstü çılpaqdır; yuxarı dişcikləri çox qısa, üçküncdür. Çiçək tacı ağ, üstdən tükcüklü və sıx, nöqtəli-vəziciklidir. İyun-iyul aylarında çiçəkləyir, iyul-avqust aylarında meyvə verir.

Çoxalması:

Təbiətdə əsasən toxum vasitəsi ilə çoxalır.

Təbii ehtiyatının dəyişilməsi səbəbləri:

Başlıca olaraq insan fəaliy¬yətidir.

Becərilməsi:

Becərilməsi haqda məlumat yoxdur.

Qəbul edilmiş qoruma tədbirləri:

Qəbul edilmiş mühafizə tədbiri yoxdur.

Zəruri qoruma tədbirləri:

Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilməsi tövsiyə edilir.

Məlumat mənbələri:

Флора Азербайджана. т.7. 1957; Azərbaycanın “Qırmızı” və “Yaşıl Kitabları”na tövsiyə olunan bitki və bitki forma-siyaları. 1996; Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.

İstinadlar

1."Azərbaycanın Nadir Ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh.

2.“Azərbaycan dendraflorasi” I cild, Baki, “Elm”, 2011, 312 səh.

Təbii yayılması:

Kiçik Qafqazın mərkəzində geniş yayılmışdır.

Botaniki təsviri:

Qısa sürünən zоğları оlan, çох alçaq yarımkоlcuq¬dur. Çiçəkli zoğları nazik, hündürlüyü 3-7 sm, sıх və çох qısa tükcüklüdür. Yarpaqları saplaqlarda, qalıntəhər, uzunluğu 4-5 mm, еni 2,5-3 mm, yumurtavaridir. Çılpaq yarpaqları sıх, nöqtəli-vəzicikli, kənarları uzun tükcüklüdür, yan damarcıqları iki cüt, qalındır. Çiçək qrupu başcıqlı, çiçək saplaqları qısa tükcüklüdür. Kasacığın uzunluğu 3,5-4 mm, zəng¬vari, üstü çılpaqdır. Yuхarı dişcikləri çох qısa, üçkünc¬dür. Çiçək tacı ağ, üstdən tükcüklü və sıх, nöqtəli-vəziciklidir. İyun-iyul ayla¬rın¬¬da çiçəkləyir, iyul-avqust aylarında mеyvə vеrir. Təbiətdə əsasən toxum vasitəsi ilə çoxalır.

Еkоlоgiyаsı:

Yuхarı dağ zоlaqlarında, daşlıq yamaclarda bitir.

Аzərbаycаndа yаyılmаsı:

Azərbaycanın nadir bitkisidir. Azərbaycanın “Qırmızı kitab”ına daxil edilməsi tövsiyə edilir.

İstifаdəsi:

Efir yağlı, fitonsid xüsusiyyətə malik bitkidir. Yarpaqlarında yeyinti sənayesində ədviyyat kimi istifadə edilir.

Mənbə

Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. T.S.Məmmədov


Məlumat mənbələri

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. "Azərbaycanın Nadir Ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh.

İstinad

  • Флора Азербайджана. т.5. 1954; Флора Kaвkaзa. т.5. 1954;
  • Azərbaycanın ağac və kolları. I cild. 1961;
  • Azərbaycan flora-sının konspekti. I-III cildlər. 2005; 2006; 2008;
  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh
лиценца
cc-by-sa-3.0
авторски права
Vikipediya müəllifləri və redaktorları
изворно
посети извор
соработничко мреж. место
wikipedia AZ

Thymus fedtschenkoi ( украински )

добавил wikipedia UK
  1. Сур, С.В., Толок, А.Я., & Пересипкіна, Т.М. Ефірні масла рослин чебрецю // Вісник Запорізького державного університету. — 1998. — № 1. — С. 1–8.
  2. Catalogue of Life. Процитовано 02.10.2018. (англ.)
  3. The Plant List. Процитовано 02.10.2018. (англ.)
  4. Euro+Med Plantbase. Процитовано 02.10.2018. (англ.)
  5. Plants of the World Online — Kew Science. Процитовано 02.10.2018. (англ.)
Plantenschat1898 269 129 Akkermunt.—Mentha arvensis.jpg Це незавершена стаття про Глухокропивові.
Ви можете допомогти проекту, виправивши або дописавши її.
лиценца
cc-by-sa-3.0
авторски права
Автори та редактори Вікіпедії
изворно
посети извор
соработничко мреж. место
wikipedia UK

Thymus fedtschenkoi ( виетнамски )

добавил wikipedia VI

Thymus fedtschenkoi là một loài thực vật có hoa trong họ Hoa môi. Loài này được Ronniger miêu tả khoa học đầu tiên năm 1932.[1]

Chú thích

  1. ^ The Plant List (2010). Thymus fedtschenkoi. Truy cập ngày 5 tháng 6 năm 2013.

Liên kết ngoài


Hình tượng sơ khai Bài viết về tông hoa môi Mentheae này vẫn còn sơ khai. Bạn có thể giúp Wikipedia bằng cách mở rộng nội dung để bài được hoàn chỉnh hơn.
лиценца
cc-by-sa-3.0
авторски права
Wikipedia tác giả và biên tập viên
изворно
посети извор
соработничко мреж. место
wikipedia VI

Thymus fedtschenkoi: Brief Summary ( виетнамски )

добавил wikipedia VI

Thymus fedtschenkoi là một loài thực vật có hoa trong họ Hoa môi. Loài này được Ronniger miêu tả khoa học đầu tiên năm 1932.

лиценца
cc-by-sa-3.0
авторски права
Wikipedia tác giả và biên tập viên
изворно
посети извор
соработничко мреж. место
wikipedia VI