Vətəni Orta və Cənubi Avropa dır. Hündürlüyü 55 m, gövdəsinin dimateri 1,5 m olan ağacdır. Çətiti konusvarıdır, gövdəsinin aşağı hissəsi qurumuş budaqlardan tədricən təmizlənir. Gövdəsinin qabığı ağımtıl-bozdur, hamardır, 50 yaşından sonra üzərində çatlar əmələ gəlir. İynəyarpaqları tünd-yaşıl, parlaqdır, qozaları 15 sm uzunluğunda, 5 sm enində, silindrikdir, kilin hər tərəfindən 5-8 mavi ağızcıqlı xətlidir. Vegetativ budaqlarda cavan zoğları cod tükcüklü, yaşıl və ya açıq-qonur, sonradan bozumtul-qonur, cox vaxt qara ziyilciklidir. Aprel-may aylarında çiçəkləyir. Yetişmiş qozaları küt silindr formasında olub, uzunluğu 20 sm, eni isə 5 sm-ə qədər olur. Toxumları kiçik qanadlar üzərində yerləşir. Toxumla çoxaldılır. Dərin, yüngül, məsaməli, rütubətli torpaqlarda yaxşı inkişaf edir. Kölgəsevəndir, quraqlığa davamsızdır. Abşeron da, Gəncə də park və bağlarda mədəni şəraitdə becərilir. Yaşıllaşdırma üçün çox yararlıdır.
Деревья и кустарники СССР. т.3.1954; Флора Азербайджана. т.5. 1954; Azərbaycanın ağac və kolları. III cild. 1970; Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996; Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.