dcsimg

Maksimoviç doqquzdonu ( azéri )

fourni par wikipedia AZ

Maksimoviç doqquzdonu

Təbii yayılması

Uzaq Şərqdə, Koreyada, Çində yayılmışdır. Maksimoviç doqquzdonu növü Rusiya botaniki, Sank-Peterburqda İmperator Elmlər akademiyasının akademiki, Uzaq Şərq və Yaponiya florasının tədqiqatçısı Karl İvanoviç Maksimoviçin (1827-1891) şərəfinə adlandırılmışdır.

Botaniki təsviri

Hündürlüyü 3 m-dək olan, yarpağı tökülən, şaxələnmiş, çoxbudaqlı koldur. Qoca zoğların qabığı açıq-boz, cavan zoğların qabığı yaşıl və ya bənövşəyi olub, tükcüksüzdür. Yarpaqları ellipsvarı və ya uzunsov-yumurtavarı, uzunluğu 3-7 sm, tünd-yaşıl, qısa saplaqlı, kənarları tükcüklüdür. 4-5 yaşından başlayaraq mayın ikinci yarısından iyunun əvvələrinə qədər çiçəkləyir. Çiçəkləri bənövşəyi-qırmızıdır, 13 mm-dək uzunluqda, yarpaqların qoltuqlarında cüt yerləşir və hər cüt öz yarpağı altında gizlənmişdir. Tez böyüyür. Vegetasiya aprelin birinci yarısından başlayıb, oktyabrın axırlarınadək davam edir. 5-7 yaşından hər il bol meyvə verir. Meyvələri iyulun ikinci yarısında yetişir, yumurtavarı, parlaq qırmızı rəngli bünövrələri ilə cüt birləşmiş olur.

Ekologiyası

Qışadavamlıdır.

Azərbaycanda yayılması

Mədəni şəraitdə Abşeronda, Zaqatalada, Balakəndə, Lənkəranda rast gəlinir. Qoruqlarda mühafizə edilir.

İstifadəsi

Çiçəkləri, meyvələri və parlaq yaşıl yarpaqları çox dekorativdir. Qrup əkinləri, canlı çəpərlər kimi əkilməsi məsləhət görülür.

Məlumat mənbəsi

licence
cc-by-sa-3.0
droit d’auteur
Vikipediya müəllifləri və redaktorları
original
visiter la source
site partenaire
wikipedia AZ

Maksimoviç doqquzdonu: Brief Summary ( azéri )

fourni par wikipedia AZ

Maksimoviç doqquzdonu

licence
cc-by-sa-3.0
droit d’auteur
Vikipediya müəllifləri və redaktorları
original
visiter la source
site partenaire
wikipedia AZ