dcsimg

Meyer yemişanı ( azéri )

fourni par wikipedia AZ

Təbii yayılması

Balkan, Kiçik Asiya, İran və Qafqazda bitir.

Botaniki təsviri

Hündürlüyü 3-4 m-ə qədər olan tikanlı ağac və ya koldur. Cavan zoğu al qırmızıdır. Yarpaqları hər iki tərəfdən tükcüklü, 5-7 bölümlüdür. Yarpaq saplağı sıx tükcüklüdür. Meyvəsi ovalşəkilli tünd qırmızıdır. İki və ya bir çəyirdəklidir. Budağlarının qabığı boz, qırmızı qonurdur. Cavan zoğları gilənarı qırmızıdır, çox vaxt qısalıb yarpaqlaşmış tikanlara çevrilmişdir. Yarpaqlarının üst tərəfi tünd yaşıl rəngdə, alt tərəfi daha açıqdır, hər iki tərəfi keçəvari tüklüdür, qısa zoğların aşağı yarpaqları uzunsov-tərs yumurtavarıdır. Qaidəyə tərəf paz şəklində daralmışdır, təpə hissəsi dişli və ya üçdilimlidir. Yuxarı yarpaqlarının uzunsov-rombşəkilli, oturacağa yaxın hissəsi daha enli, pazşəkillidir, adatən 5 yerə, bəzi hallarda isə 7 yerə bölünmüşdür.Dilimləri ensiz və təpəyə yaxın mişarkənarlıdır. Arasındakı oyuqlar dərindir, ensizdir, dilimlərin kənarı çox vaxt bir-birinə toxunur, uzun zoğların yarpaqları 5-7 dilimlidir. Bu dilimlər daha enli və tüklü, kənarı daha iridişlidir, saplaqları yarpaq ayasından 2-3 dəfə qısa, üzəri sıx saçaqlıtüklüdür. Çiçək qrupunda 10-15 çiçək vardır; budaqları, çiçək saplaqları və çiçək yatağı bozumtul sıx keçətüklüdür. Tacı ağdır, diametri 15-17 mm-dir. Kasayarpaqcıqları uzunsov uçbucaqdır. Sütuncuqları 2, nadir hallarda 1-dir. Meyvələri ovalşəkilli, dəyirmi, tünd qırmızı rəngdədir. 12-18 mm uzunluqda, ətli, 2, az-az hallarda 1 çəyirdəklidir. May ayında çiçəkləyir, sentyabr-oktyabrda meyvə verir.

Ekologiyası

İstiyə, soyuğa, küləyə davamlıdır.

Azərbaycanda yayılması

Kiçik Qafqazda, Naxçıvanda və Lənkəranda orta dağ qurşağından başlamış 2500 m yüksəkliyə qədər yayılıb.

İstifadəsi

Park və bağlarda yaşıllaşdırmada istifadəsi mümkündür.

Məlumat mənbəsi

  1. Tofiq Məmmədov (botanik) "Azərbaycan Dendroflorası IV cild": Bakı: "Elm"-2018. http://dendrologiya.az/?page_id=112
  2. Azərbaycanın ağac və kolları. Bakı: Azərb.SSR EA-nın nəşriyyatı, 1964, 220 s.
  3. Əsgərov A.M. Azərbaycanın ali bitkiləri.Azərbaycanın florasının konspekti II cild. Bakı: Elm, 2006,283 s.
  4. Talıbov T.H.,İbrahimov Ə.Ş.Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri. Naxçıvan:Əcəmi,2008,350s.
  5. Гроссгейм А.А. Флора Кавказа. Баку: Аз. ФАН, 1939, т.1.401с.
  6. Гроссгейм А.А. Флора Кавказа. Баку: Аз. ФАН, 1962 т.6.378с.
  7. Дерувья и кустарники СССР.М.Л.: АН СССР, 1960 Т.5.543с.
  8. "Abşeronun ağac və kolları".Bakı: "Elm və təhsil", 2010.
  9. "Azərbaycan Dendroflorası IV cild": Bakı: "Elm"-2018.
licence
cc-by-sa-3.0
droit d’auteur
Vikipediya müəllifləri və redaktorları
original
visiter la source
site partenaire
wikipedia AZ

Tüklüçiçək yemişan ( azéri )

fourni par wikipedia AZ

Tüklüçiçək yemişan (lat. Crataegus eriantha) — kol və ya kiçik ağacdır, RosaceaeGülçiçəyikimilər fəsiləsinə, CrataegusYemişan cinsinə aid bitki növü.

Təbii yayılması

Əsasən Böyük və Kiçik Qafqazda kolluqlu yamaclarda bitir.


Botaniki təsviri

Hündürlüyü 6 m оlаn kiçik аğаc və yа kоldur. Budaqları tikanlıdır, cavan zoğları saçaqvari tükcüklərlə örtülüdür. Yаşlı budаqlаrının qаbığı tünd-bоz, gövdəsinin qаbığı isə аzаcıq çаtlı оlub, tünd-qоnur rəngdədir. Sаdə iynələri nаzik, uzunluğu təхminən 1 sm-dir. Yarpaqları oval, 5-7 bölümlü, ayanın üst səthi tünd-yaşıl, tükcüklü, alt səthi açıq-yaşıldır. Mеyvə vеrən zоğlаrdа аlt yаrpаqlаrı tərsinə оvаl və yа uzunsоv, ucu yumru, kənаrlаrı bütöv və yа iti dişli olur. Yuхаrı yаrpаqlаrı çох vахt tərs yumurtаvаrı, mərkəzinə qədər və yа 1/3 hissəsi 5 və yа 7 üçkünc-оvаl hissələrə bölünmüşdür. Stеril zоğlаrın yаrpаqlаrı еnli bünövrəsi olması ilə fərqlənir. Çiçəkləri ağdır, qalхan çiçək qrupuna yığılmışdır. Çiçəк qruplаrının diаmеtri 6 sm-dək olur. Çiçək sаplаğının uzunluğu 7-22 mm, çiçəklərinin diаmеtri 18-22 mm-dir. Mаy аyındа çiçəkləyir, mеyvəsi аvqust аyının ахırlаrındа və sеntyаbrın əvvəllərində yеtişir. Mеyvələri 2, bəzən 1 toхumlu çəyirdəkmеyvədir.

Ekologiyası

Aşağı dağ qurşağında, daşlı-qayalı yamaclarda, kollu cəngəlliklərdə bitir.

Azərbaycanda yayılması

Böyük və Kiçik Qafqazda təbii halda rast gəlinir. Azərbaycan üçün еndеmik növdür. İlk dəfə Gəncə ətrafında təsvir еdilib.

İstifadəsi

Abşeronda park və bağların salınmasında geniş istifadə olunur.

licence
cc-by-sa-3.0
droit d’auteur
Vikipediya müəllifləri və redaktorları
original
visiter la source
site partenaire
wikipedia AZ

Tüklüçiçək yemişan: Brief Summary ( azéri )

fourni par wikipedia AZ

Tüklüçiçək yemişan (lat. Crataegus eriantha) — kol və ya kiçik ağacdır, RosaceaeGülçiçəyikimilər fəsiləsinə, CrataegusYemişan cinsinə aid bitki növü.

licence
cc-by-sa-3.0
droit d’auteur
Vikipediya müəllifləri və redaktorları
original
visiter la source
site partenaire
wikipedia AZ