dcsimg

Korolkov doqquzdonu ( azéri )

fourni par wikipedia AZ

Korolkov doqquzdonu

Təbii yayılması

Orta Asiyada yayılmışdır.

Botaniki təsviri

Hündürlüyü 3 m olan, yumşaq tüklü, budaqlı, dekorativ, yarpağıtökülən koldur. Yarpaqların diametri 3 sm-ə çatır, enli qaidəli, yumurtaşəkilli və ya ellipsvarı, ucu biz, mavi-yaşıl rənglidir, çox vaxt göyümtül olur. Aprel-may aylarında 15-20 gün ərzində bol çiçəkləyir, çiçəkləri çəhrayı rəngdə olur və yaşıl fonda çox gözəl görünür. Şarşəkilli, narıncı və ya al-qırmızı, meyvələri budaqların üzərində payıza qədər qalır. Zərərverici və xəstəliklərdən az zərər çəkir. Abşeronda vegetasiyası aprelin ortalarından başlayaraq oktyabrın axırlarına qədər davam edir. Hər il meyvə verir, meyvələri avqustun axırı sentyabrın birinci yarısında yetişir. Toxumların cücərməsi təxminən 8 %-dir. Yay qələmlərinin 95 %-i kök atır.

Ekologiyası

Qışadavamlılığı yüksəkdir. İşıqsevəndir. Dağların açıq yerlərində, meşə zonasının yuxarı hissəsində, subalp zonasında dəniz səviyyəsindən 3000 m hündürlükdə bitir.

Azərbaycanda yayılması

Mərkəzi Nəbatat Bağında introduksiya edilmişdir.

İstifadəsi

Bütün vegetasiya dövründə dekorativdir, tək və qrup əkinlərində, xüsusilə tozağaclarının fonunda gözəl görünür, balverən bitkidir.

Məlumat mənbəsi

licence
cc-by-sa-3.0
droit d’auteur
Vikipediya müəllifləri və redaktorları
original
visiter la source
site partenaire
wikipedia AZ

Korolkov doqquzdonu: Brief Summary ( azéri )

fourni par wikipedia AZ

Korolkov doqquzdonu

licence
cc-by-sa-3.0
droit d’auteur
Vikipediya müəllifləri və redaktorları
original
visiter la source
site partenaire
wikipedia AZ