Koreya kilqarını[1] (lat. Hemiculter leucisculus) — Çəkikimilər fəsiləsinə daxil olan balıq növü. Tropiklərin istər duzlu istərsə şirin sularına uyğunlaşa bilir. Çin, Yaponiya, Honq Konq, Koreya və Amur çayı hövzələrində rastlanılır. İran, Əfqanıstan və keçmiş Sovet İttifaqı da daxil olmaqla bir çox başqa ölkələrə gətirilərək çoxaldılıb. İlk olaraq 1855-ci ildə S. Basilevski tərəfindən Culter leucisculus olaraq təsvir edilmişdir. Elmi ədəbiyyatda da Chanodichthys leucisculus və ya Hemiculter leucisculus warpachowskii olaraq adlandırılır.
Balıqların uzunluğu 23.0 sm-ə çatır. Suyunun temperaturu 18-22 ° C (64-72 ° F) olan ərazilərdə yaşayır. Bel nahiyəsi yaşıl-boz, qarı isə ağ olur. Qida rasionuna Xərçəngkimilər, Yosunlar, Həşəratlar və Zooplanktonlar daxildir.
Froese, Rainer, and Daniel Pauly, eds. (2007). "Hemiculter leucisculus" FishBase saytında. February 2007 version.
Koreya kilqarını (lat. Hemiculter leucisculus) — Çəkikimilər fəsiləsinə daxil olan balıq növü. Tropiklərin istər duzlu istərsə şirin sularına uyğunlaşa bilir. Çin, Yaponiya, Honq Konq, Koreya və Amur çayı hövzələrində rastlanılır. İran, Əfqanıstan və keçmiş Sovet İttifaqı da daxil olmaqla bir çox başqa ölkələrə gətirilərək çoxaldılıb. İlk olaraq 1855-ci ildə S. Basilevski tərəfindən Culter leucisculus olaraq təsvir edilmişdir. Elmi ədəbiyyatda da Chanodichthys leucisculus və ya Hemiculter leucisculus warpachowskii olaraq adlandırılır.
Balıqların uzunluğu 23.0 sm-ə çatır. Suyunun temperaturu 18-22 ° C (64-72 ° F) olan ərazilərdə yaşayır. Bel nahiyəsi yaşıl-boz, qarı isə ağ olur. Qida rasionuna Xərçəngkimilər, Yosunlar, Həşəratlar və Zooplanktonlar daxildir.