dcsimg

Sporlular ( azéri )

fourni par wikipedia AZ

Sporlular və ya Apikomplekslər (lat. Apicomplexa) — İbtidailərin (lat. Alveolata) qrupuna daxil olan tipi.

Bu tipin əsas əlaməti qeyri-cinsi çoxalma, cinsi çoxalma və spor əmələgətirmənin növbələşməsidir. Bu tipə daxil olan ibtidailərin hamısı parazit həyat keçirirlər. Əksər halda insan və heyvanlarda ağır xəstəliklər törədir. Tip 2 sinfə bölünür: koksidikimilər və qreqarinlər.

 src=
Sporluların həyat sikli: 1-ziqot, 2-sporositlər, 3-merositlər, 4-hameositlər
 src=
Sporluların quruluşu: 1-qütb halqası, 2-konoid, 3-mikronemlər, 4-roptrilər, 5-hüceyrə nüvəsi, 6-nüvəcik, 7-mitixindriya, 8-arxa halqa, 9-alveollar, 10-Holci aparatı, 11-mikrospor

Sporlular tipinə daxil olan bütün nümayəndələr parazit həyat tərzi keçirir. Bunların mürəkkəb həyat dövriyyəsində xüsusi rüşeym mərhələsi - spor vardır. Spor daxilində bir və ya bir neçə rüşeym ola bilər. İbtidailərin digər parazit qruplarından fərqli olaraq, sporlularda həzm orqanellaları - ağız və həzm vakuolu olmur. Osmotik yolla qidalanırlar. Çoxalmaları bəzilərində yalnız cinsiyyətli yolla (qreqarinlərdə), ya da cinsiyyətli və qeyri-cinsiyyətli nəslin bir-birilə növbələşməsi yolu ilə (koksidilərdə və qan sporlularında) olur. Sporlular hüceyrədaxili parazit olub, çoxhüceyrəlilərin bütün siniflərində, xüsusilə həlqəvi qurdlarda, ilbizlərdə, buğumayaqlılarda və onurğalılarda daha çox təsadüf edilərək, özlərinin həyat fəaliyyəti zamanı ağır xəstəliklər (koksidioz, insanda malyariya, iribuynuzlu heyvanlarda piroplazmoz) törədir. Parazit ibtidailərin həyat dövriyyəsində 3 mərhələ ayırd edilir: I - vegetativ forma; 2 - qeyri-cinsiyyətli çoxalma; 3 - cinsiyyətli çoxalma. Bunlarda vegetativ forma - trofozoit, şizont isə şizoqoniya adlanan qeyri-cinsiyyətli çoxalmaya hazırlıq mərhələsidir. Şizoqoniya nəticəsində qız hüceyrə formaları əmələ gəlir və bunlar merozoit adlanır. Cinsiyyətli çoxalma (qametoqoniya) zamanı isə əvvəlcə tam yetişməyən cinsiyyət hüceyrələri (qametositlər) əmələ gəlir, sonra daşıdıqları funksiyadan asılı olaraq onlar arasında diferensiasiya gedir və mikroqametosit (erkək qamet) və makroqametosit (dişi qamet) formalaşır. Parazit sonrakı inkişafını əsas sahibin bədənində davam etdirir. Erkək və dişi qametlər birləşir və ziqot əmələ gəlir.

Təsnifat

  • sinif: Aconoidasida
    • yarımsinif: Qan sporluları - Haemosporasina
    • yarımsinif: Piroplasmasina
            • cins: thelieria
            • cins: Babesia
  • sinif: Koksidilər - Conoidasida
    • yarımsinif: Koksidilər - Coccidiasina
      • dəstə: Eukoksidilər - Eucoccidiida
        • yarımdəstə: Adeleinlər - Adeleina
        • yarımdəstə: Eymeriina - Eimeriina
          • fəsilə: Cryptosporidiidae
          • fəsilə: Lankesterellidae
          • fəsilə: Eimeriidae
          • fəsilə: Sarcocystiidae
    • yarımsinif: Gregarinasina

Ədəbiyyat

  • Azərbaycanın heyvanlar aləmi, I hissə, Elm nəşriyyatı, 2002, 266 səh.
  • C. Ə. Nəcəfov, R. Ə. Əliyev, Ə. P. Əzizov. Tibbi biologiya və genetikanın əsasları. Bakı - 2008, 839 səh.

Xarici keçidlər

licence
cc-by-sa-3.0
droit d’auteur
Vikipediya müəllifləri və redaktorları
original
visiter la source
site partenaire
wikipedia AZ

Sporlular: Brief Summary ( azéri )

fourni par wikipedia AZ

Sporlular və ya Apikomplekslər (lat. Apicomplexa) — İbtidailərin (lat. Alveolata) qrupuna daxil olan tipi.

Bu tipin əsas əlaməti qeyri-cinsi çoxalma, cinsi çoxalma və spor əmələgətirmənin növbələşməsidir. Bu tipə daxil olan ibtidailərin hamısı parazit həyat keçirirlər. Əksər halda insan və heyvanlarda ağır xəstəliklər törədir. Tip 2 sinfə bölünür: koksidikimilər və qreqarinlər.

 src= Sporluların həyat sikli: 1-ziqot, 2-sporositlər, 3-merositlər, 4-hameositlər  src= Sporluların quruluşu: 1-qütb halqası, 2-konoid, 3-mikronemlər, 4-roptrilər, 5-hüceyrə nüvəsi, 6-nüvəcik, 7-mitixindriya, 8-arxa halqa, 9-alveollar, 10-Holci aparatı, 11-mikrospor