Bərk itüzümü (lat. Lycium depressum)
Bu növ Avrasiyada geniş yayılmışdır.
Hündürlüyü 1,5-2,5 m-dək olan bitkidir. Yarpaqların uzunluğu 20-50 mm, eni 4-17 mm-dir, lansertvari-ellipsvaridir, ucu bizdir. Çiçəkləri tək və ya 2-6-dək qrup şəklində uzunluğu 5-7 mm olan çiçək saplağında əmələ gəlir. Kasacığı əlvari, ucu küt və ya iti, nazik tükcüklərlə örtülmüşdür. Çiçək tacı açıq bənövşəyidən bənövşəyi rəngədək dəyişir. Çiçək tacının borucuğunun uzunluğu 4-5mm, qıfvaridir. Erkəkcikləri çiçək tacından kənarda yerləşir., bünövrəsində çılpaqdır. Meyvəsi qırmızı, sferik, uzunluğu 5-6-mm olan giləmeyvədir. Toxumları qonur, uzunluğu təxminən 2 mm-dir. Meyvələrin ayaqcığı 24 mm-dir. Toxumları 2-mm uzunluğunda, qonur rəngdədir.
Rütubət və istisevən, işiğa davamlı bitkidir.
Kiçik Qafqazda, Talışda, Naxçıvanda təbii halda yayılmışdır.
Dekorativ kol bitkisidir. Yaşıllaşdırmada müxtəlif kompazisyaların qurulmasında rast gəlinir.
Bərk itüzümü (lat. Lycium depressum)