dcsimg

Kür altağızı ( azéri )

fourni par wikipedia AZ

Kür altağızı (lat. Chondrostoma cyri) — Chondrostoma cinsinin yarımnövüdür. Az saylı, yerli (aborigen) növdür.

Xarakterik morfoloji əlamətləri

Ağızı aypara şəklindədir. Alt çənəsinin arxasında dəliklər yoxdur. Azərbaycan sularından ovlanmış fərdlərinin uzunluğu 25.0 sm-ə, kütləsi 160.0 q-a qədər olur. Cinsi dimorfizmi zəif inkişaf etmişdir[1].

Yaşayış yeri və həyat tərzi

Şirin su balığı olub, dibi daşlı olan sularda yaşayır. Dib həyatı keçirir. Əksər fərdləri 4 ilə qədər yaşayır. 2 yaşında cinsi yetkinliyə çatır. Fərdi inkişaf forması kürü şəklində olur. Həyat sikli kürü-sürfə-körpə-yetkin fərd şəklində olur.

Yayılması

Azərbaycanda 2 növ ilə təmsil olunmuşdur. Azərbaycanda yarımnövləri yoxdur. Azərbaycanda Kür-Araz çaylarında və onların qollarında yayılmışdır.

Cinsi statusu və çoxalma xüsusiyyətləri

Çoxalma kürüləmə yolu ilə olur. Kürüsünü bir dəfəyə tökür. Kürüləməsi mart ayının axırlarından aprel ayının sonlarına qədər, suyun temperaturu 12.0 - 14.0 C° olduqda baş verir. Reproduktivliyin forması kürü şəkilində olur. Kürüsünü bir dəfəyə 15.4 minlə 18.5 min ədəd arasında olmaqla tökür. Reproduktivliyin periodu ildə bir dəfə. Generasiyaların sayı ömrün orta uzunluğundan asılı olaraq 2-3 dəfə olur[2].

Sayı və limit faktorları

Su hövzələrinin çirklənməsi, təbii kürüləmə yerlərinin sıradan çıxması və digər antropogen faktorlar.

Rasionu

Qidasını yosunlar, su bitkiləri, detrit, su cücüləribalıq kürüləri təşkil edir.

İnsan həyatına təsiri

Vətəgə və təsərrüfat əhəmiyyəti yoxdur. Vətəgə əhəmiyyətli balıqların qida şəriki olmaqla və digər balıqların kürülərini yeməklə müəyyən qədər ziyan verir[3].

Qəbul edilmiş və qəbul edilməsi vacib olan mühafizə tədbirləri

Balıqçılıq haqqında qanun qəbul edilmişdir. Su hövzələrinin çirkləndirilməsinin qarşısı alınmalıdır. Azsaylı olduğundan qorunma tədbirləri həyata keçirilməlidir.

Növün qeydiyyat göstəriciləri

AMEA Zoologiya İnstitutu ixtiologiya laboratoriyasının kolleksiya fondu

Ədəbiyyat

  1. Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 620.
  2. Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 224 s.
  3. Казанчеев Е.Н. Рыбы Каспийского моря. М.: Легкая и пищевая промышленность, 1981, 168 с.

Həmçinin bax

İstinadlar

  1. Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 620
  2. Казанчеев Е.Н. Рыбы Каспийского моря. М.: Легкая и пищевая промышленность, 1981, 168 с.
  3. Казанчеев Е.Н. Рыбы Каспийского моря. М.: Легкая и пищевая промышленность, 1981, 168 с.
licence
cc-by-sa-3.0
droit d’auteur
Vikipediya müəllifləri və redaktorları
original
visiter la source
site partenaire
wikipedia AZ

Kür altağızı: Brief Summary ( azéri )

fourni par wikipedia AZ

Kür altağızı (lat. Chondrostoma cyri) — Chondrostoma cinsinin yarımnövüdür. Az saylı, yerli (aborigen) növdür.

licence
cc-by-sa-3.0
droit d’auteur
Vikipediya müəllifləri və redaktorları
original
visiter la source
site partenaire
wikipedia AZ