dcsimg

Dalya kərtənkələsi ( azeri )

tarjonnut wikipedia AZ

Dalya kərtənkələsi (lat. Lacerta dahli) — Qayalıq kərtənkələləri cinsinə aid kərtənkələ növü.

Xariçi görünüşü

Partenoqen olan və uzunluğu 64 mm olan, quyruğu isə iki dəfə uzun olan kərtənkələdir. Boğaz naahiyyəsində 23-30 pulcuq olur. Pulcuqları hamardır. Bədəninin mərkəz hissəsində isə 47-54 pulcuq olur. Yuxarı nahiyəsi qəhvəyinin müxtəlif çalarlarında olur. Boğazın aşağı hissəsi ağımtıl olur.

Yayılması

Onlar geniş arealda daha çox GürcüstanErmənistan ərazilərində yayılmışlar. Gürcüstanın cənubunda Kür çayı hövzəsində, Ermənistanda isə ölkənin şimalında yayılıb. Hazırda isə areal kiçik prçalara bölünmüşdür.

Onlara əsasən quru qayalıqlar və dərələrdə, hündürlüyü 900-1700 m yüksəkliklərdə rast gəlmək olar. Dağ meşələrinin kənarları və daşlı dağ çöllərində yayılırlar.

Xüsusiyyətləri

Sayları çoxluğu ilə seçilir. 1 km maşrut üzrə 100 baş kərtənkələyərast gəlinir. Qışlamafan aprelin əvvəl və ya ortaları qayıdırlar. Cücülər, puplar, qurdlar və hörümçəklərlə qidalanır.

Çoxalması

Onlar Partenoqenetik xüsusiyyətlərə malikdirlər. Onların çoxalması üçün erkəklərə ehtiyac durmurlar. 2-5 yumurta (əsasən 4 yumurta) qoyurlar. Orta ölçüləri 7 х 12 mm təşkil edir. Yumurta qoyma iyunun sonu, iyulun əvvələrinə təsadüf edir. Balalar avqustun ortaları sentyabrın əvvəlləri yumurtadan çıxırlar. Balaların quyruqsuz uzunluqları 24-27 mm təşkil edir.

Mənbə

lisenssi
cc-by-sa-3.0
tekijänoikeus
Vikipediya müəllifləri və redaktorları
alkuperäinen
käy lähteessä
kumppanisivusto
wikipedia AZ

Dalya kərtənkələsi: Brief Summary ( azeri )

tarjonnut wikipedia AZ

Dalya kərtənkələsi (lat. Lacerta dahli) — Qayalıq kərtənkələləri cinsinə aid kərtənkələ növü.

lisenssi
cc-by-sa-3.0
tekijänoikeus
Vikipediya müəllifləri və redaktorları
alkuperäinen
käy lähteessä
kumppanisivusto
wikipedia AZ