dcsimg

Adi durnabalıq ( azeri )

tarjonnut wikipedia AZ

Adi durnabalıq (lat. Esox lucius ) — Chordata tipinin növüdür. Ortasaylı, yerli aborigen növdür.

Xarakterik morfoloji əlamətləri

Yanaqları pulcuqlarla tam örtülüdür. Bədənin yan tərəflərində boz və ya zeytuni rəngdə ləkələr olur. Bu ləkələr köndələn, bəzən çəpəki zolaqlar əmələ gətirir. Şirin su balığıdır. Azərbaycan sularında ovlanan durnabalıqlarının iri fərdlərinin uzunluğu 80 sm-ə, kütləsi 5 kq-a çatır[1].

Yaşayış yeri və həyat tərzi

Bütün şirin sularda, çay və göllərdə, bəzən şortəhər sularda yaşayır. Azərbaycanda əksər fərdləri 5-6 ilə qədər yaşayır. Cinsi yetkinliyə 2-3 yaşında çatır. Erkən yazda bir dəfəyə kürü tökür. İnkubasiya dövrü 10 gün çəkir. Adətən gecələr kürü verir. Fərdi inkişaf forması tam çevrilmə şəklindədir. Həyat sikli kürü, sürfə, körpə və yetkin fərd şəklində olur[2].

Yayılması və Sayı

Azərbaycanda bir növlə təmsil olunmuşdur. Azərbaycanda Aşağı Kür hövzəsində, Mingəçevir su anbarında, Dəvəçi limanında, Kiçik Qızılağac körfəzində və Azərbaycanın cənub zonasından axan çayların aşağı axarlarında yayılmışdır. Ortasaylıdır, su hövzələrində ekoloji şəraitin pisləşməsi və intensiv ovlanması ehtiyatına təsir edir[3].

Cinsi statusu və çoxalma xüsusiyyətləri

Erkən yazda kürü tökməklə çoxalır. Azərbaycanda məhsuldarlığı 4.8 minlə 116.7 min ədəd kürü arasında dəyişir. Orta hesabla 62.5 min ədəd kürü verir. Yetkin fərdlər demək olar ki, hər il çoxalmada iştirak edirlər.

Qidalanması

Yırtıcı balıqdır, körpələri plankton və bentik orqanizmlərlə, iri fərdləri isə əsasən balıqlarla qidalanır. Hannibalizm (öz balalarını yemək) hadisəsi də müşahidə edilir.

Düşmənləri

Digər yırtıcı balıqlar və balıqyeyən quşlar, balıq parazitləri.

Biomüxtəliflikdə rolu

Biomüxtəlifliyin bir kompanentidir. Körpələri digər yırtıcı balıqların qidasını təşkil edir. Su hövzələrində daha çox parazitlə yoluxmuş canlıları yeməklə təbiətdə sanitar rolunu oynayır.

İnsan həyatına təsiri

Ekoloji əhəmiyyəti müəyyənləşdirilməyib. Əmtəə keyfiyyətinə malikdir. Qiymətli vətəgə balıqlarını və onların körpələrini yeməklə balıqartırma təsərrüfatlarına ziyan verir.

Qəbul edilmiş və qəbul edilməsi vacib olan mühafizə tədbirləri

Su hövzələrinin çirkləndirilməsinə qarşı mübarizə aparılmalıdır, ehtiyatı və ovlanması tənzim olunmalıdır.

Növün qeydiyyat göstəriciləri

Azərbaycan ETBTI İxtioloji muzeyi, AMEA Zoologiya İnstitutu ixtiologiya laboratoriyasının kolleksiya fondu.

İstinadlar

  1. Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 620.
  2. Абдурахманов Ю.А. Рыбы пресных вод Азербайджана. 1962, 405 с.
  3. Казанчеев Е.Н. Рыбы Каспийского моря. М.: Легкая и пищевая промышленность, 1981, 168 с

Ədəbiyyat

  1. Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 620.
  2. Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 224 s.
  3. Абдурахманов Ю.А. Рыбы пресных вод Азербайджана. 1962, 405 с.
  4. Казанчеев Е.Н. Рыбы Каспийского моря. М.: Легкая и пищевая промышленность, 1981, 168 с.
lisenssi
cc-by-sa-3.0
tekijänoikeus
Vikipediya müəllifləri və redaktorları
alkuperäinen
käy lähteessä
kumppanisivusto
wikipedia AZ

Adi durnabalıq: Brief Summary ( azeri )

tarjonnut wikipedia AZ

Adi durnabalıq (lat. Esox lucius ) — Chordata tipinin növüdür. Ortasaylı, yerli aborigen növdür.

lisenssi
cc-by-sa-3.0
tekijänoikeus
Vikipediya müəllifləri və redaktorları
alkuperäinen
käy lähteessä
kumppanisivusto
wikipedia AZ