dcsimg

Kiçik ərəbdovşanı ( azeri )

tarjonnut wikipedia AZ

Kiçik ərəbdovşanı (lat. Allactaga elater) Ərəbdovşanları fəsiləsinə (lat. Dipodidae) aid gəmirici növüdür.

Xarici görünüşü

Xarici görünüşcə Kiçik Asiya ərəbdovşanına bənzəyir, lakin ondan azca kiçikdir. Bədən uzunluğu 95 – 118 mm, dal pəncənin uzunluğu 48 – 56 mm, qulağın uzunluğu 43 mm-ə qədərdir. Çəkisi 73 q-dır. Bədənin bel hissəsi qonur-boz, qarın hissəsi isə ağ rəngdədir.

Yayılması

Arealı Kiçik və Orta Asiyanın, İranın, Əfqanıstanın, Çinin və Cənubi Zaqafqaziyanın gilli və çınqıllı səhra, xam torpaqlarını və dağətəyi yamaclarını əhatə edir. Azərbaycanda əsas etibarilə Kür-Araz ovalığında, Abşeron yarımadasında, bəzən isə dağətəyi rayonlarda təsadüf olunur. Azərbaycanda iki yarımnövü qeyd edilmişdir: A.e.caucasicus – Naxçıvan MR-dan başqa respublikamızın hər yerində, A.e.aralychensis isə Naxçıvan MR-da yayılmışdır [1].

Həyat tərzi

Yuvaları sadə olub, dərinliyi 60 sm-ə çatır. Yeraltı yolların uzunluğu 150 sm, eni isə 3 – 3,5 sm-ə qədərdir. Bala çıraxmaq üçün diametri 10 sm olan yuva hazırlayır. Yuvanı quru və yumşaq otlardan düzəldir. Kiçik ərəbdovşanlarının əsas qidasını bitkilərin soğanacaqları, kökləri və yaşıl hissələri, həmçinin cücülər təşkil edir. Gizli həyat tərzi keçirir, ala-qaranlıq və gecə vaxtı fəaldır. Arealının böyük hissəsində təqribən 4 ay qışlamaya gedir (noyabrın ortalarından martın ortalarına qədər), lakin Zaqafqaziyada qış yuxusuna getmir. Qış yuxusudan oyandıqdan sonra çoxalmağa başlayır. İl ərzində 2-3 dəfə olmaqla, 2 – 7 bala verir.

İstinadlar

  1. Azərbaycanın heyvanlar aləmi. III cild. Onurğalılar. Bakı, Elm nəşriyyatı, 2004

Mənbə

  • Holden, M. E. and G. G. Musser. 2005. Family Dipodidae. pp. 871–893 in Mammal Species of the World a Taxonomic and Geographic Reference. D. E. Wilson and D. M. Reeder eds. Johns Hopkins University Press, Baltimore. (ing.)
lisenssi
cc-by-sa-3.0
tekijänoikeus
Vikipediya müəllifləri və redaktorları
alkuperäinen
käy lähteessä
kumppanisivusto
wikipedia AZ

Kiçik ərəbdovşanı: Brief Summary ( azeri )

tarjonnut wikipedia AZ

Kiçik ərəbdovşanı (lat. Allactaga elater) Ərəbdovşanları fəsiləsinə (lat. Dipodidae) aid gəmirici növüdür.

lisenssi
cc-by-sa-3.0
tekijänoikeus
Vikipediya müəllifləri və redaktorları
alkuperäinen
käy lähteessä
kumppanisivusto
wikipedia AZ